Model Leylanın ölümü ilə bağlı başlanan cinayət işinə xitam verildi


Digərləri 09 Okt 2017 12:53:04 390 0

Model Leylanın ölümü ilə bağlı başlanan cinayət işinə xitam verildi

Model Leyla Oruclunun ölümü ilə bağlı başlanılan cinayət işinə xitam verilib.

Son.az xəbər verir ki, bu barədə APA-ya məlumat verən vəkil İradə Cavadova bildirib ki, bir müddət əvvəl cinayət işinə xitam verilsə də, onlara bu barədə məlumat verilməyib.   İradə Cavadova bununla bağlı şikayət verəcəklərini deyib.   Vəkil bildirib ki, L.Oruclunun ölümü ilə bağlı klinikadan bəzi sənədləri tələb edib. Lakin klinika həmin sənədləri ona təqdim etməkdən imtina edib.   Qeyd edək ki, model Leyla Oruclu 21 iyunda "Zəfəran" klinikasında iranlı həkim Sirus Qocxani tərəfindən əməliyyat edilib. Əməliyyatdan sonra L.Oruclu ölüb.   Faktla bağlı Nərimanov Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan ölümə səbəb olma) maddəsi ilə cinayət işi başlamışdı.