ABŞ-ın İstanbuldakı konsulluğunun daha bir əməkdaşının həbs olunması barədə qərar verilib


Dünya 09 Okt 2017 12:28:49 321 0

ABŞ-ın İstanbuldakı konsulluğunun daha bir əməkdaşının həbs olunması barədə qərar verilib

Onun həyat yoldaşı FETÖ-nun maliyyə dəstəyinin verilməsi ilə çağırışından sonra “Bank Asya”da pul yatırıb

Türkiyə məhkəməsi ABŞ-ın İstanbuldakı baş konsulluğunun daha bir əməkdaşının həbs olunması barədə qərar qəbul edib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, kimliyi açıqlanmayan həmin şəxs Türkiyə vətəndaşıdır və konsulluqda təhlükəsizlik məsələləri ilə məşğul olur.  

Məlumata görə, şübhəli şəxs konsulluğun binasından çıxmadığı üçün hələlik onu saxlamaq mümkün olmayıb.

İnformasiyaya əsasən, Fətullahçı Terror Təşkilatına (FETÖ) maliyyə dəstəyinin verilməsi ilə bağlı təşkilat rəhbərliyinin çağırışından sonra onun həyat yoldaşı “Bank Asya”ya pul yatırıb. "Bank Asiya" isə FETÖ-nün nəzarətində olub və bağlanıb. 

Qeyd edək, ötən həftə ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuz FETÖ ilə əməkdaşlıqda şübhəli bilinərək tutulub. Ona qarşı Cinayət Məcəlləsinin Türkiyə konstitusiyasının pozulması, casusluq fəaliyyəti və hakimiyyətin devrilməsinə cəhd maddələri ilə cinayət işi başlanılıb.