"Bank sahəsi ilə bağlı məhkəməyə göndərilən cinayət işlərinin sayı artıb"


Digərləri 09 Okt 2017 11:56:00 334 0

"Bank sahəsi ilə bağlı məhkəməyə göndərilən cinayət işlərinin sayı artıb"

Bu il 215 vəzifəli şəxs barəsində 155 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib.

Son.az APA-ya istinadən xəbər verir ki, bunu Baş prokurorun müavini, Baş prokurorun yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev deyib. O bildirib ki, hazırda Baş İdarənin icraatında 118 cinayət işi istintaq olunur.   "Bank sahəsi ilə bağlı məhkəməyə göndərilən cinayət işlərinin sayı artıb. Eyni zamanda, mənzil - tikinti sahəsi, bank olmayan kredit təşkilatlarının vəzifəli şəxsləri barəsində hazırda Baş İdarədə cinayət işləri istintaq olunur", - K.Əliyev qeyd edib.