Hərbi attaşe Bakıda qəzaya düşdü


Digərləri 09 Okt 2017 10:42:30 257 0

Hərbi attaşe Bakıda qəzaya düşdü

Qazaxıstanın Azərbaycandakı hərbi attaşesi Bakıda qəza törədib.

Son.az APA-ya istinadən xəbər verir ki, hadisə "Azneft" dairəsi yaxınlığında qeydə alınıb.   Qazaxıstanın Azərbaycandakı səfirliyinə məxsus, Kair Tezekbayevin idarə etdiyi "Mitsubishi" markalı maşın Lerik rayon sakini, Nahid Cabbarovun idarə etdiyi "Mercedes" markalı avtomobillə toqquşub. Qəza nəticəsində xəsarət alan olmayıb.   Faktla bağlı araşdırma aparılır.   Qeyd edək ki, "Mitsubishi"ni idarə edən idarə edən Kair Tezekbayev Qazaxıstanın Azərbaycandakı hərbi attaşesidir.