Sabahın HAVAsı


Digərləri 08 Okt 2017 11:54:00 525 1

Sabahın HAVAsı

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu, əsasən  yağmursuz olacağı gözlənilir.   Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Son.az-a verilən məlumata görə, səhər bəzi yerlərdə zəif duman olacaq.   Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə 14-16° isti, gündüz  20-25° isti, Bakıda gecə  14-16°, gündüz  22-24° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi 758 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət  gecə 75-85 %, gündüz 45-55 % olacaq.    Azərbaycanın rayonlarında oktyabrın 9-da  hava şəraiti əsasən yağmursuz, səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi ayrı-ayrı yerlərdə  arabir güclənəcək. Havanın temperaturunun gecə  10-15°, gündüz  20-25° isti,  dağlarda gecə 3-8°, gündüz 11-16° isti olacağı gözlənilir.