"Opera" brauzerinin yeni versiyasında YENİLİKLƏR


Digərləri 08 Okt 2017 09:49:00 318 0

"Opera" brauzerinin yeni versiyasında YENİLİKLƏR

"Opera" şirkəti "Opera 49" fərdi kompüter brauzerinin ekrandan şəkil çəkərək ona kənar proqram təminatından istifadə etmədən selfi, stiker və ya fotoşəkil əlavə etməklə redaktəyə imkan verən beta versiyasını təqdim edib. Beləliklə, istifadəçilər bir neçə saniyə ərzində paylaşmaq istədikləri kontenti fərdiləşdirmək imkanı əldə ediblər.

Son.az İCTnews-a istinadla xəbər verir ki, hazırda "Opera"nın messencerlərlə inteqrasiya edilən yeganə brauzer olması sayəsində istifadəçilər "VK", "Facebook", "WhatsApp" və ya "Telegram" kimi messencerlərdə çəkilən selfi və ekrandan çəkilən şəkilləri (screenshot) asanlıqla paylaşa biləcəklər. Bunun üçün sadəcə şəkili bu və ya digər həmsöhbətlə aparılan dialoqa keçirmək tələb olunur.