Huawei 4 kameraya malik smartfon təqdim etdi


Digərləri 07 Okt 2017 23:50:00 379 0

Huawei  4 kameraya malik smartfon təqdim etdi

"Huawei" şirkəti 4 kamera ilə təchiz edilmiş "Nova 2i" smartfonunu təqdim edib.

5,9 düymlük diaqonala malik displeyin təsvir ölçüsü 2160x1080 piksel, tərəflər nisbəti 18:9 təşkil edir. Həmçinin displey 2.5D effektinə  və nazik çərçivəyə malikdir.

Son.az ICTnews-a istinadən bildirir ki, yeni smartfon 8 nüvəli "Kirin 659" prosessoru, həmçinin "Mali T830-MP2" qrafik sürətləndiricisi ilə təchiz edilib. Əməli yaddaşın tutumu 4 QB-dır.

Məzmunun saxlanılması üçün 64 QB-lıq daxili fləş daşıyıcı və 256 QB-dək tutuma malik çıxarılıb taxılan "microSD" yaddaş kartı istifadə etmək olar.

Əsas kamera 16 və 2 meqapiksellik təsvir sensorundan ibarətdir. Ön kamera, həmçinin iki moduldan (13 və 2 meqapiksellik) ibarətdir. Arxa tərəfdə barmaq izi skaneri quraşdırılıb.