DÇ-2018 çərçivəsində IX turun son görüşləri keçirilib


Digərləri 08 Okt 2017 01:57:22 196 0

DÇ-2018 çərçivəsində IX turun son görüşləri keçirilib

Turun üçüncü oyun günündə A, B və H qruplarında 9 qarşılaşma oynanılıb

Futbol üzrə 2018-ci il dünya çempionatının Avropa zonası üzrə seçmə qrup mərhələsi çərçivəsində IX turun son görüşləri keçirilib.

"Report"un məlumatına görə, turun üçüncü oyun günündə A, B və H qruplarında 9 qarşılaşma oynanılıb.

A qrupunda yer alan Fransa millisi Bolqarıstanın qonağı olub. Görüşün taleyini Fransanın erkən qolu həll edib. Digər görüşdə İsveç Lüksemburqu darmadağın edərək, qrup qalibi adına iddiasını davam etdirib. Hollandiya isə Belarusu səfərdə yenərək, ikinci pilləyə olan iddialarını davam etdirib. Son turda Fransanın evdə Belarusa qalib gələcəyi şübhə doğurmur. Bu səbəbdən, Hollandiya - İsveç qarşılaşması 2-ci pillənin taleyi baxımından önəmli olacaq.

B qrupunda Portuqaliya səfərdə Andorranı 2 cavabsız qolla üstələyib. İsveçrə isə Macarıstanı böyük hesabla yensə belə, qrup liderliyinin taleyi son turda həll olunacaq. Bu, Portuqaliya - İsveçrə görüşünə təsadüf edəcək.

H qrupunda isə Belçika artıq qrup qalibi kimi final mərhələsində iştirak hüququna yiyələnib. Bununla belə, "qırmızı şeytanlar" səfərdə "Qarabağ"ın qapıçısı İbrahim Şehiçin də yer aldığı Bosniya və Herseqovina millisini məğlub edib. Digər görüşdə Yunanıstan Kiprə qalib gəlib. Beləliklə, bosniyalılar 3-cü pilləyə enib və hətta "play-off"a qatılma şanslarını böyük ölçüdə əldən verib. Son turda Yunanıstanın evdə Cəbəllütariqə qalib gələcəyi şübhə doğurmur.

DÇ-2018

Seçmə qrup mərhələsi, IX tur

7 oktyabr

A qrupu

20:00. İsveç - Lüksemburq - 8:0

Qollar: Andreas Qranqvist, 10; 67 - hər ikisi penalti ilə. Markus Berq, 18; 37; 54; 71. Mikael Lustiq, 60. Ola Toyvonen, 76

22:45. Bolqarıstan - Fransa - 0:1

Qol: Bleyz Matüidi, 3

22:45. Belarus - Hollandiya - 1:3

Qollar: Maksim Volodko, 55 - Davi Pröpper, 24. Aryen Robben, 84-penalti ilə. Memfis Depay, 90+3

Xal durumu: Fransa - 20, İsveç - 19, Hollandiya - 16, Bolqarıstan - 12, Lüksemburq - 5, Belarus - 5

B qrupu

20:00. Farer adaları - Latviya - 0:0

22:45. İsveçrə - Macarıstan - 5:1

Qollar: Qranit Caka, 18. Fabian Frey, 20. Stiven Zuber, 43; 49. Ştefan Lixştayner, 83 - Rixard Quzmiç, 59. Rolan Uqray, 89

22:45. Andorra - Portuqaliya - 0:2

Qol: Kriştianu Ronaldu, 63. Andre Silva, 86

Xal durumu: İsveçrə - 27, Portuqaliya - 24, Macarıstan - 10, Farer adaları - 9, Latviya - 4, Andorra - 4.

H qrupu

20:00. Bosniya və Herseqovina - Belçika - 3:4

Qollar: Haris Medunyanin, 30. Edin Vişça, 39. Dario Dumiç, 82 - Tomas Mönyö, 4. Mişi Batşuayi, 59. Yan Vertongen, 68. Yannik Karrasko, 84

20:00. Cəbəllütariq - Estoniya - 0:6

Qollar: Siim Luts, 10. Mattias Kayt, 30. Sergey Zenyov, 38. Yoonas Tamm, 52; 66; 77

22:45. Kipr - Yunanıstan - 1:2

Qollar: Pieros Sotiryu, 18 - Kostas Mitroğlu, 24. Aleksandros Tsiolis, 26

Xal durumu: Belçika - 25, Yunanıstan - 16, Bosniya və Herseqovina - 14, Estoniya - 11, Kipr - 10, Cəbəllütariq - 0.