Batumidə atışma: 2 nəfər yaralanıb


Digərləri 08 Okt 2017 00:04:00 257 0

Batumidə atışma: 2 nəfər yaralanıb

Gürcüstanın Batumi şəhərində atışma olub.

Bakı. Gürcüstanın Batumi şəhərində atışma olub. Trend-in "Qruziya Onlayn"-a istinadən verdiyi məlumata əsasən, hadisə Niko Pirosmani küçəsində baş verib. Hadisə şahidlərinin sözlərinə görə, xəsarət alanlar, "Real-Palas" tikinti şirkətinin yaradıcıları olub. Hadisə şirkətin ofisinin qarşısında baş verib. Atışmanın səbəbi ailə münaqişəsi olub.