Putin yubileyini qeyd edir
Dünya 07 Okt 2017 10:37:23 407 0
Bu gün Rusiya prezidentinin 65 yaşı tamam olur
Rusiya prezidenti Vladimir Putin bu gün doğum gününü qeyd edir. Onun 65 yaşı tamam olur.
"Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, V.Putin ənənəvi olaraq ad gününü dar çərçivədə keçirəcək.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, oktyabrın 7-də V.Putinin Soçidə Təhlükəsizlik Şurasının daimi üzvləri ilə görüşü nəzərdə tutulub.
Mənbə: report.az