Tramp və Makron arasında telefon danışığı olub


Dünya 07 Okt 2017 08:33:00 305 0

Tramp və Makron arasında telefon danışığı olub

ABŞ prezidenti Donald Tramp və Fransa prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Məlumatda bildirilir: "İki ölkə liderləri Afrikanın Ahel regionunda birgə antiterror əməliyyatlarını müzakirə ediblər. Prezidentlər Koreya yarımadasının denuklearizasiyasının təmin olunmasına sadiq olduqlarını təsdiq ediblər".