"Başak-İnam Sığorta Şirkəti” ASC-nin lisenziyası ləğv edilib


Digərləri 06 Okt 2017 18:11:00 293 0

"Başak-İnam Sığorta Şirkəti” ASC-nin lisenziyası ləğv edilib

"Başak-İnam Sığorta Şirkəti” ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilib.

Bakı. Maliyyə Bazarlarına Nəzarət Palatasının (Palata) Direktorlar Şurasının 6 oktyabr 2017-ci il tarixli Qərarına əsasən “Başak-İnam Sığorta Şirkəti” ASC-yə sığorta fəaliyyətinin həyata keçirilməsi üçün verilmiş lisenziya ləğv edilib. Bu barədə Trend-ə Palatadan məlumat verilib. Palata tərəfindən qeyd olunan qərar “Başak-İnam Sığorta Şirkəti” ASC-nin 2017-ci ildə təqdim edilmiş hesabatlarına əsasən onun məcmu kapitalının qanunvericiliklə müəyyən olunmuş səviyyədən aşağı olmasına görə qəbul edilib. Lisenziyası ləğv olunmuş “Başak-İnam Sığorta Şirkəti” ASC-yə Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən müvəqqəti inzibatçısı təyin edilib.