Bu pozulma vaxtında müalicə olunmadıqda tam əlilliyə səbəb olur


Digərləri 06 Okt 2017 23:21:00 439 0

Bu pozulma vaxtında müalicə olunmadıqda tam əlilliyə səbəb olur

Yenidoğulmuşlar üzərində aparılan ilk müayinə zamanı bəzi hallarda uşağın ayaq büküklərin assimetriya, birinin digərinə nisbətən bir qədər qısa olması, budların yanlara doğru kifayət qədər açılmaması, pəncənin bayıra tərəf meyillənməsi həkimin diqqətini çəkir. Bunlar bud -çanaq oynağının displaziyası və ya çıxıqların əlamətləri ola bilər.

Son.az bildirir ki, bu sözləri Azərbaycan Tibb Universitetinin (ATU) Tədris Terapevtik Klinikasının USM həkimi Mətanət Musayeva universitetin mətbuat xidmətinə müsahibəsində bildirib.

Həkim deyib: "Bu, sümük-əzələ sistemi xəstəliyidir. Bud-çanaq oynağı sümük-əzələ sistemi xəstəliyidir. Bu xəstəlik özünü oynağı əmələ gətirən bud başı və qalça yuvası arasındakı normal əlaqənin pozulması və oynağın inkişaf etməməsi şəklində büruzə verir. Belə ki, bud sümüyü başının inkişafı zəifləyir və nəticədə o, düzgün yerləşmir. Müvafiq olaraq da əzələlərin uzanması, böyüməsi və inkişafı geriləyir. Xəstəlik zamanında aşkar edilib, müalicə olunmadıqda uşaq adətən gec gəzməyə başlayır və ya gəzdikdə yeriməsində pozuntular yaranır. Bu isə öz növbəsində onurğanın fizioloji əyriliklərinin düzgün inkişaf etməməsinə səbəb olur. Nəticədə skolioz meydana çıxır. Bud-çanaq oynağının çıxıq və displaziyasının səbəbləri hələ tam məlum deyil. Bunun səbəbi doğuşun düzgün aparılmaması ilə əlaqələndirilir. Lakin burada genetika, doğuşda sağrı gəlişi, dölün çəkisinin çox olması, anada hamiləlik zamanı yaranan hormonal dəyişikliklər və ya ginekoloji xəstəliklər kimi problemlər də rol oynaya bilər. Statiskaya görə, bu xəstəliyə qız uşaqları arasında daha çox rast gəlinir. Xüsusilə ölkəmizin cənub bölgəsində xəstəliyə oğlanlara nisbətən qızlarda 6 dəfə daha çox rast gəlinir.