Dünyanın ən ACGÖZ KRALI: 50 otaqdan ibarət MƏTBƏX və daha nələr... FOTO


Digərləri 06 Okt 2017 23:45:00 419 0

Dünyanın ən ACGÖZ KRALI: 50 otaqdan ibarət MƏTBƏX və daha nələr...  FOTO

İngiltərə kralı VIII Henrix tarixdə zülmkar, 6 dəfə evli olan tiran hökmdar, eyni zamanda sönməyən iştaha malik, acgöz şəxsiyyət kimi yadda qaldı.

Onun vaxtının çox hissəsi qida qəbuluna gedirdi. Nahar masasında həmişə 20-dən az olmayan yemək dururdu və kralın mətbəxi 10-larla otaqdan ibarət idi.

Son.az bu dəfə Kralın məhz bu yönünü - hər oturumda inanılmaz dərəcədə çox yemək yeməsi barədə oxucuları məlumatlandırır.

Kral uzun müddət yatmağı sevmirdi və səhər saat 6-da artıq kral üçün 6 piroq gətirilirdi ki, hökmdar onları bir dəfəyə udurdu. Sonra masaya çörəklə ət və pivə gəlirdi.

Yeri gəlmişkən, ət VIII Henrixin rasionunda əsas qida idi. Tərəvəz və meyvələr kral masasında nadir hallarda görünürdü, çünki onları zərərli məhsullar kimi qiymətləndirirdilər. 1569-cu ildə isə onları taun və vəbanın yayılmasının mənbəyi hesab edərək tamailə qadağan etdilər.

Kral naharı cədvələ uyğun deyil, mədəsinin çağırışı ilə təyin edirdi. Bu səbəbdən aşpazlar gecə-gündüz işləyirdilər. Mətbəx 50-dən çox otaqdan ibarət idi və işçi ştatı 200 insan təşkil edirdi. Yeməklər yalnız kral üçün deyil, həm də onun çoxsaylı qonaqlıq məclisləri üçün hazırlanırdı, buna görə ət kürələri və şişlər böyük ölçüdə olurdu. Aşpazların atəşin yanında zəhərlənməmələri üçün, şişləri itlər fırladırdı. Onları qəfəsə yerləşdirirdilər. Heyvanlar baraban rolunu oynayaraq qəfəsdə dairə üzrə hərəkət edirdilər.


Xəbərə aid fotolar