Zakir Həsənov Belarusa səfər edəcək


Digərləri 06 Okt 2017 19:06:00 281 0

Zakir Həsənov Belarusa səfər edəcək

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə oktyabrın 8-də Minsk şəhərinə yola düşəcək.

Bakı. Müdafiə naziri general-polkovnik Zakir Həsənov Belarus Müdafiə naziri general-leytenant Andrey Ravkovun dəvəti ilə oktyabrın 8-də Minsk şəhərinə yola düşəcək. Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, Rəsmi səfər çərçivəsində Belarusun hərbi-siyasi rəhbərliyi və digər dövlət strukturlarının rəhbərləri ilə görüşlərin keçirilməsi, hərbi sənaye kompleksinə daxil olan müəssisələrin ziyarət olunması nəzərdə tutulub. Görüşlərdə hərbi, hərbi-texniki və hərbi təhsil sahələrində ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri və genişləndirilməsi, təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə ediləcək.