Nazik dodaqlı xanımlara bəd xəbər


Digərləri 05 Okt 2017 23:50:00 509 0

Nazik dodaqlı xanımlara bəd xəbər

Qadınların əksəriyyəti dolğun dodaqlara sahib olmağı gözəl görüntü üçün istəsə də, mütəxəssislər daha maraqlı açıqlamalarla çıxış edib.

Son.az medicina.az-a istinadən bildirir ki, Türkiyənin estetik cərrahi mütəxəssisi Belma Şahin dolğun dodaqlı insanların ağız ətrafının daha gec qırışdığını bildirib. Onun sözlərinə görə, nazik dodaqlar daha tez qırışır.

"Bəzi insanlar nazik dodaqlara sahibdirlər. Yaş artdıqca da artıq ağız ətrafında qırışlar yaranmağa başlayır. Bu səbəbdən bir çox insan dodaqlarını böyüdür. Yəni bu proseslə sırf dodaqlar formaya salınmır, həmçinin ağız quruluşu düzəldilir", - deyə həkim bildirib.   Həkim dolğun dodaq üçün hyalurinik asit tərkibli dolğu maddələrindən istifadəyə üstünlük verildiyini vurğulayıb. Onun sözlərinə görə, bu vasitə ilə dodaqlarla birlikdə ətraf çöküntülər də düzəldilir və təbii görünüş ən düzgün seçimdir.

B.Şahin xanımların bu prosesdə ehtiyatlı olmalarını tövsiyə edib: "Yanlış müdaxilə ilə insan dodağı ördək ağzı formasını ala bilər. Bundan əlavə infeksion xəstəliklər də yoluxa bilər. Mütəxəssislə danışmalı və dodağa yerləşdiriləcək maddənin onun orqanizminə uyğun olub-olmadığını dəqiqləşdirməlidirlər".