Azərbaycanda Hepatit xəstəliklərinin diaqnozu səhv aparılır –


Digərləri 05 Okt 2017 22:50:00 297 0

Azərbaycanda Hepatit xəstəliklərinin diaqnozu səhv aparılır –

Son zamanlar Azərbaycanda geniş yayılmış Hepatit viruslarının diaqnoz və müalicəsində əziyyət çəkən pasiyentlər xəstəliyin yoluxmadan yalnız 6 ay sonra analizlə yoxlanıla biləcəyindən narazıdırlar. Yəni insan bu gun Hepatitə yoluxubsa, qan analizi 6 ay sonra nəticəni ortaya qoya bilər. Əksər hallarda bu analizlər bir-birinə zidd olur və həkimləri çaşdırır.

Son.az medicina.az-a istinadən bildirir ki, həkim Səbahəddin Hüseynov hepatit xəstəliyinin diaqnozundakı yeni metodları zəif və yanlış hesab edərək, xəstələrə vaxtında düzgün yanaşmağın yollarını açıqlayıb.

"Viruslar - bakteriyalardan min dəfələrlə kiçikdir. Onları ancaq elektron mikroskopla görmək mümkündür. Virusların daxilində nuklein turşuları var - DNK və ya RNK. Nuklein turşularında nişanə kimi özəl hissə- nuklein antigen vardır. Təsəvvür etsək ki, viruslar quş yumurtasıdır. Yumurta sarısını virusun nukleint turşuları kimi təsəvvür edin. Sarının ortasında rüşeym adlanan kiçik hissə var. Bu hissələrdən "cücələr" yaranır. Quşçular yumrutaya baxan kimi qaz, ördək olduğunu bilirlər. Virusoloqlar da mikroskopla baxdıqda virusları tanıyır. Amma nədənsə indi mikroskopdan yox, İVA və RZR üsullarından istifadə edirlər. Məsələ də ondadır ki, niyə bu üsullardan istifadə olunur?

İFA üsulu qanda virusları yox, anticisimlər və virus qabığının antigenlərini aşkar edir.  Anticisim isə virusun özü deyil, virusa yoluxmuş və ya peyvənd edilmiş insanların qanında yaranan maddədir. İnsan yaranandan bir çox virus xəstəlikləri keçirib sağalırlar- qızılca, qrip, hepatit A və s. Axı dünyada heç bir virusu məhv edə bilən dərman olmayan zamanlarda bir çox insanlar xəstəliklərdən sağalırdı. Deməli, ionların immun sistemi özü virusları məhv edə bilir. Bəzi xəstəliklər sağalandan sonra anticimləri qanda ömür boyu qalır ki, insanı təkrar yoluxmadan qorusun. Əgər İFA analizi ilə qanda anticisim aşkar edilirsə, cavab müsbətdirsə, deməli, ya xəstəlik var, ya nə vaxtsa olub sağalıb, ya da peyvənd olub.  Bu analiz həkim və xəstəni çaşdıra bilər. Antigen virus deyil, o virusun qabığının nişanəsidir. Bu qalığı tapmaq o demək deyil ki, virus var.

Bu hələ azmış kimi İFA ilə hətta anticisim və antigemləri ancaq 50% hallarda aşkar etmək olur. Ona görə İFA-dan sonra guya, daha dəqiq sayılan RZR üsulu seçilir. Çoxları düşünür ki, RZR virusları dəqiq diaqnoz edir. Əslində isə necədir: kamerada pasiyentin qanına virusları parçalayan fermentlər daxil olunur. Sonra kameraya praymerlər əlavə edilir. Əgər praymerlər virusun nuklein antigenləri ilə birləşsə, müsbət sayılır. Deməli, RZR virusları yox, onların bir hissəsi olan nukleinləri aşkar edir.  Deməli, RZR də həkimləri çaşdıra bilər.

O zaman bu iki üsuldansa elektron mikroskopiya daha keyfiyyətlidir. Amma mikroskopla müayinə səhiyyədə sıxışdırılır, unudulub. Bütün dünyaya müasir qan analizlərini "sırıyıblar". Özü də bunu qızıl standart kimi reklam da edirlər.