Meningit xəstəliyi aktivləşib –


Digərləri 05 Okt 2017 21:40:00 396 0

Meningit xəstəliyi aktivləşib –

Havaların kəskin soyuması ilə Şimal qonşumuz - Rusiyanın bəzi şəhərlərində, xüsusən Samarada ciddi meningit simptomlarının artdığı barədə məlumatlar yayılıb.

Kəskin meningit nədir və simptomları:

Son.az medicina.az-a istinadən bildirir ki, bu, baş beyin yumşaq toxuma örtüyünün iltihabi prosesidir. 80% hallarda törədicisi virus, göbələk və bakteryalar olur. Oyadıcı təsir isə enteroviruslar, Epşteyn Barra virusu, herpes, qrip, polimiolit və s. tərəfindən olur. Xəstəlik uşaq və yeniyetmələrdə daha çox rast gəlinir.   Əsas əlamətləri:

-Hərarətin kəskin, 40 dərəcəyə kimi qalxması

-Baş ağrısı

-Əzələ ağrısı, oynaq ağrısı, ürəkbulanma, qusma

-Baş ağrısı işıq, səs və hərəkətdə güclənir

-Xəstə başını sinəsinə doğru əyəndə kəskin ağrı olur

-Meningit boğaz ağrısı, rinit, öskürəklə də paralel gedir. Xəstə udquna bilmir.

İnkubasiya dövrrü 3 gündən 10 günə kimi davam edir. Hava damcı, ünsiyyət, su ilə ötürülür.   Nə etməli?