Evi otel adı ilə elan verib, müştəriləri aldadır VİDEO


Digərləri 05 Okt 2017 21:16:00 361 0

Evi otel adı ilə elan verib, müştəriləri aldadır  VİDEO

Məşhur rezervasiya saytlarının birində ''Ganja Comfort İnn'' otelinin elanı yerləşdirilib. Gəncəyə getmək üzrə olan Kənan Musayev də elanı görüb bron etmək qərarına gəlib.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, elanda yazılan ünvana yollanan Kənan Musayev mənzil başına çatdıqda gözlərinə inana bilməyib. Otelin yerində çoxmənzilli yaşayış binası görüb. Əslində məşhur otelin günlük rezervasiya qiymətinin 35 manat olması Kənan Musayevi şübhələndirib. Ona görə də o, ödənişli bron etməyib. Yazılan nömrələrə zəng etməklə kifayətlənib. Ev sahibinin cavabı onu daha çox təəccübləndirib. İddianın doğruluğunu yoxlamaq üçün Gəncə şəhəri, Təbriz küçəsi 13 ünvanına yollandıq. Doğrudan da otel yerinə evlə qarşılaşdıq. Müsahibə vermək istəməyən ev sahibi mənzili ayda 3-4 dəfə kirayə verdiyini dedi. Bu vaxta qədər isə heç bir müştərisinin ondan narazı qalmadığını söyləyən ev sahibi, bütün cəhdlərimizə baxmayaraq, sayta otel adıyla niyə elan yerləşdirdiyinin səbəbini demədi. Onu da qeyd edək ki, Gəncədə sözügdən adda otel yoxdur. Müştərinin problemlə üzləşdiyini görən ev sahibi isə elanı hələ də saytdan götürməyib. Azərbaycana gələn turistlərin sayının hər ötən gün artığını nəzərə alsaq, bu halın ölkənin imicinə xələl gətirdiyini rahatlıqla demək olar.


Xəbərə aid video