Bakı üzrə 53 xəritə hazırlanacaq


Digərləri 05 Okt 2017 21:27:00 367 0

Bakı üzrə 53 xəritə hazırlanacaq

Bu ilin sonunadək Bakı üzrə 53 bələdiyyənin xəritəsi hazırlanacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə "Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi"nin yarımillik monitorinq və qiymətləndirmə hesabatında deyilir.

Qeyd olunur ki, uçot işi bitmiş 12 rayondan 8-ində rayonların hüdudları daxilindəki bələdiyyələrin xəritələri hazırlanıb. İlin sonuna digər 4 rayonda da (Oğuz, Balakən, Beyləqan və Zaqatala) bələdiyyə xəritələrinin hazırlanması işi yekunlaşacaq.