Kommunal xidmətlərin inkişafı üçün sürətli iş aparılır VİDEO


Digərləri 05 Okt 2017 21:07:00 338 0

Kommunal xidmətlərin inkişafı üçün sürətli iş aparılır  VİDEO

Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsində nəzərdə tutulan tədbirlərin icrası sürətlə davam edir.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, kommunal xidmətləri təqdim edən qurumlar tədbirlərin 55 faizini həyata keçirirlər. Əhalini su ilə təmin edən "Azərsu" ASC qarşısında müxtəlif öhdəliklər qoyulmuşdu. Plana uyğun olaraq 9 ay ərzində 100 min sayğac quraşdırılıb. Bununla da sayğaclaşmanın səviyyəsi ötən illə müqayisədə 67 faizdən 75 faizə yüksəlib. Bu da su itkisinin və ısrafın qarşısının alınmasında olduqca mühümdür. Bundan əlavə ötən dövr ərzində yeni su və kanalizasiya xətlərinin çəkilməsi, eləcə də köhnələrinin yeniləri ilə əvəzlənməsi həyata keçirilib. Belə ki,770 km-dən çox su və 280 km-dən çox kanalizasiya xətti çəkilib. Görülən tədbirlər sırasında abunəçilərin məmnuniyyətini təmin etmək xüsusi diqqət mərkəzində olub. "Azərişıq" ASC də üzərinə düşən öhdəlikləri plana uyğun şəkildə icra edir. İlk növbədə ucqar dağ kəndlərinin əhalisinin elektrik enerjisi ilə təminatına diqqət yetirilir. Bundan əlavə əhalinin sıx məskunlaşdığı bölgələrdə yarımstansiyaların tikintisi həyata keçirilir. "Azəriqaz" ASC tərəfindən Strateji Yol Xəritəsinə uyğun olaraq regionların qazlaşdırılmasının artırılması keyfiyyətin yüksəldilməsi həyata keçirilib. Qazlaşdırma səviyyəsi 93-94 faiz təşkil edir. Qurumun mətbuat xidmətinin rəhbəri İbrahim Kərbalayevin sözlərinə görə, qarşıdakı illərdə bu rəqəmin maksimuma çatdırılması hədəflənib. Qeyd edək görülən işlər yol xəritəsinin yalnız birinci mərhələsini əhatə edir. Proqramın tam icrasi isə ölkədə komunal sahədə qarşıda duran problemlərin tamamilə həllini nəzərdə tutur.


Xəbərə aid video