Rusiyanın əhalisi sürətlə qocalır


Dünya 05 Okt 2017 20:18:00 413 0

Rusiyanın əhalisi sürətlə qocalır

2025-ci ilə qədər Rusiyada pensiyaçıların sayı 40 mln.-a çatacaq.

Son.az report-a istinadən xəbər verir ki, bunu qonşu ölkənin əmək və sosial müdafiə naziri Aleksey Vovçenko deyib.

Onun sözlərinə görə, həmin vaxt pensiyaçılar əhalinin 27%-ni təşkil edəcək. Hazırda bu nisbət 24,6%-dir. Başqa sözlə, Rusiyada yaşlı insanların sayı arta-arta gedəcək.