İtaliyada mafiyaya qarşı əməliyyatda keçmiş mer saxlanıldı


Digərləri 05 Okt 2017 18:07:00 309 0

İtaliyada mafiyaya qarşı əməliyyatda keçmiş mer saxlanıldı

İtaliyanın Kalabriya vilayətində polis mafiyaya qarşı əməliyyat keçirib.

Bakı. Orxan Nəbiyev - İtaliyanın Kalabriya vilayətində polis mafiyaya qarşı əməliyyat keçirib. Trend-in məlumatına görə, əməliyyat zamanı “ndrangeta” mafiya qruplaşması ilə əlaqəsi olan 7 nəfər saxlanılıb. Saxlanılanlar arasında bir hüquqşünas və Villa San Covanni qəsəbəsinin keçmiş merinin də olduğu bildirilir. Keçmiş mer Rokko la Valle mafiya ilə əlbir olaraq, bölgədə fəaliyyət göstərən şirkətlərdən hədə yolu ilə pul almaqda ittiham olunub.