Rusiya və Səudiyyə Ərəbistanı arasında hərbi-texniki əməkdaşlığa dair razılaşma imzalanıb


Dünya 05 Okt 2017 17:32:30 433 0

Rusiya və Səudiyyə Ərəbistanı arasında hərbi-texniki əməkdaşlığa dair razılaşma imzalanıb

Krallıq “Kalaşnikov A-103” avtomat silahını və müxtəlif təyinatlı güllələrini də istehsal edəcək

Rusiya ilə Səudiyyə Ərəbistanı kosmosda dinc məqsədli əməkdaşlıq və araşdırmaya dair razılığa gəlib.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, sənəd Səudiyyə Ərəbistanının kralı Salman bin Abdel Əziz əl-Səud Moskvaya səfəri çərçivəsində imzalanıb.

Razılaşma “Rosoboroneksport”ın krallıqda hərbi təyinatlı məhsulların istehsalını nəzərdə tutur. Bundan başqa, razılaşdırılan məsələlər arasında Səudiyyə Ərəbistanında “Kalaşnikov A-103” avtomat silahının və müxtəlif təyinatlı güllələrinin istehsalı üçün lisenziyanın verilməsi də var.

Qeyd edək ki, Salman bin Abdel Əziz əl-SəudRusiyaya dövlət səfəri oktyabrın 7-də başa çatacaq. Oktyabrın 6-da kralın Rusiyanın baş naziri Dmitiri Medvedevlə görüşü planlaşdırılıb. O, ölkə tarixində Rusiyaya səfər edən ilk kraldır.