ABŞ NATO-dan Əfqanıstana daha 1000 hərbçi göndərməyi xahiş edib


Dünya 05 Okt 2017 16:30:33 410 0

ABŞ NATO-dan Əfqanıstana daha 1000 hərbçi göndərməyi xahiş edib

"Əfqanıstanda missiyanı gücləndirmək üçün hərbçilərin ümumi sayı 3 min ABŞ əsgəri və təxminən, min NATO hərbçisi olmalıdır"

ABŞ NATO-nun "Qətiyyətli dəstək" missiyasını gücləndirmək üçün alyansdan Əfqanıstana daha 1000 hərbçi göndərməyi xahiş edib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə ölkənin NATO-dakı yeni daimi nümayəndəsi Key Beyli Hatçinson bildirib.

"ABŞ-ın yeni strategiyası çərçivəsində Əfqanıstanda missiyanı gücləndirmək üçün hərbçilərin ümumi sayı 3 min ABŞ əsgəri və təxminən, min NATO hərbçisi olmalıdır", - daimi nümayəndə vurğulayıb.

Qeyd edək ki, "Qətiyyətli dəstək" əməliyyatı NATO-nun Əfqanıstan hökuməti qüvvələrinə təlim keçmək və kömək etmək üzrə qeyri-döyüş missiyasıdır. Missiyaya 2015-ci il yanvarın 1-dən başlanılıb. O, rəsmi şəkildə 2001-ci ildən Əfqanıstanda fəaliyyət göstərən və fəaliyyətinə 2014-cü il dekabrın 28-də dayandırılan Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri (BTYQ) əməliyyatını əvəz edib.

Xatırladaq ki, Azərbaycan da Əfqanıstandakı "Qətiyyətli dəstək" missiyasında iştirak edir, son 15 ildə 100-ə yaxın Azərbaycan hərbçisi bu ölkədə sülhməramlı qüvvələrdə xidmət edib.