Lənkəranda evini su basan qadınla əlaqə kəsildi


Digərləri 05 Okt 2017 13:35:26 386 0

Lənkəranda evini su basan qadınla əlaqə kəsildi

Lənkəranda yağan güclü yağış bir sıra fəsadlar törədib.

Son.az APA-ya istinadən xəbər verir ki, Lənkəran çayının daşması nəticəsində Rvo kəndində Təranə Muxtarovaya məxsus evə ciddi ziyan dəyib.

Çayın daşması səbəbindən evin bir hissəsini sel yuyub, aparıb, ev sahibi isə köməksiz vəziyyətdə qalıb. Hazırda onunla əlaqə kəsilib.   Əlaqədar qurumlara məlumat verilib.