Elzadan Tacirə: "Əgər dahiliyimə şübhəsi varsa..."


Şou-biznes 05 Okt 2017 13:40:00 508 0

Elzadan Tacirə: "Əgər dahiliyimə şübhəsi varsa..."

Mən təkcə özümə yox, bütün insanlara dahi deyirəm. Elə Tacir Şahmalıoğlu da dahidir. "Bayatı şiraz" muğamını oxumaqla tarixə düşüb.

Son.az xəbər verir ki. bu sözləri axşam.az-a açıqlamasında əməkdar artist Elza Seyidcahan deyib.

Müğənni Tacir Şahmalıoğlunun onun ünvanına dediyi "Əgər Elza Seyidcahan özünə "dahi" deyirsə, onda dahilərə nə deyək?" sözlərinə cavab verib:

"Tacirin şübhəsi var dahiliyimə? Gəlsin mənim bəstələrimi ən aşağı ritmlə oxusun, onda görər. Gəlib "Yenə o bağ olaydı"nı səsləndirsin, oxuya bilsə, özümə dediyim "dahi" sözünü geri götürəcəm. Musiqiçi ancaq muğam oxuyan deyil, ritm də tutmalıdır. Tacir efirdə belə danışır, amma məni görəndə tərifləyir. Hətta bir dəfə "Tənha" mahnımı oxumuşdu, gəlib məndən "minisovka"sını istəmişdi. Dahilərin yaşı olmur. Hərə bir peşənin dahisidir. Tacir, əlbəttə, mənim dahiliyimə şübhə ilə yanaşacaq. Axı, özü bəstəkar deyil, mahnı yazmaq nədir bilmir. Mən acından ölən dahilərdən deyiləm, orta yaşayanlardanam.