Peruda hərbi təyyarə polis məntəqəsinə çırpılıb


Digərləri 05 Okt 2017 04:30:05 315 0

Peruda hərbi təyyarə polis məntəqəsinə çırpılıb

Perunun “Masamari” aviabazasında ölkənin Hərbi-Dəniz Qüvvələrinə məxsus “An-32” təyyarəsi polis məntəqəsinə çırpılıb

Bakı. Perunun “Masamari” aviabazasında ölkənin Hərbi-Dəniz Qüvvələrinə məxsus “An-32” təyyarəsi polis məntəqəsinə çırpılıb. Trend-in "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, toqquşmadan qabaq təyyarənin uçuş-eniş zolağından kənara çıxıb. Təyyarədə təxminən 70-dək hərbçi olub. İlkin məlumata əsasən, toqquşmaya səbəb təyyarənin əyləc sistemində problemin olması olub. İnsident nəticəsində zərərçəkənlərin olmadığı bildirilir.