Xatun verilişdən getməyinin səbəbini açıqladı


Şou-biznes 05 Okt 2017 11:13:00 523 0

Xatun verilişdən getməyinin səbəbini açıqladı

Müğənni Xatun Əliyeva ATV-də aparıcısı olduğu "Zarafat-zarafat" verilişindən ayrılıb.

Son.az bildirir ki, axşam.az-a açıqlama verən sənətçi bildirib ki, proqramın hazırlandığı "Soy" prodakşınla müqavilələri bitib:

"Müqavilənin vaxtı 1 il idi. Bitdi, mən də davam etdirmək istəmədim. Tamaşaçıların gözünü yormaq istəmirəm. Ona görə də verilişdən getdim. Əvəzində "Bacanaqlar" serialında qayınana obrazını canlandırıram".