Bərdədə yük maşını ilə minik avtomobili toqquşub - Sürücü ölüb


Digərləri 04 Okt 2017 16:01:00 319 0

Bərdədə yük maşını ilə minik avtomobili toqquşub - Sürücü ölüb

Bərdədə baş verən qəzada ölən sürücünün meyiti xilasedicilər tərəfindən avtomobildən çıxarılıb.

Bakı. Bərdədə baş verən qəzada ölən sürücünün meyiti xilasedicilər tərəfindən avtomobildən çıxarılıb. Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bərdə rayonu, Boyəhmədli kəndi ərazisində “QAZ“ markalı minik avtomobili və “Mercedes” markalı yük avtomobili toqquşub. Minik avtomobilinin sürücüsü, 1982-ci il təvəllüdlü Şükürov Ravi Bayram oğlunun meyiti FHN-nin Qarabağ Regional Mərkəzinin xilasediciləri tərəfindən avtomobildən çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.