NASA arzu edənlərin hamısının adını Marsa göndərməyi təklif edir


Dünya 04 Okt 2017 14:43:00 402 0

NASA arzu edənlərin hamısının adını Marsa göndərməyi təklif edir

Adların olduğu lövhə Marsın səthinə buraxılacaq "InSight" aparatının göyərtəsində quraşdırılacaq

NASA-nın saytına baş çəkən və oradakı ərizəni dolduran hər kəs Marsa adını göndərə bilər.

"Report" ABŞ-ın Aeronavtika və Kosmik Tədqiqatlar üzrə Milli İdarəsinin (NASA) saytına istinadən xəbər verir ki, adların olduğu lövhə Marsın səthinə buraxılacaq "InSight" aparatının göyərtəsində quraşdırılacaq.

"InSight" aparatı qırmızı planetin təkində gedən prosesləri tarixdə ilk dəfə izləmək üçün nəzərədə tutulub. O, 2008-ci ildə Marsda həyat və su izləri axtarışı məqsədi ilə planetin səthinə düşən "Finiks" geoloq-zondunun xələfidir.

Aparatın göyərtəsində seysmoqraf, eləcə də 5 metrlik quyuda Marsın təkindəki temperaturu ölçməyə imkan verəcək geofiziki termometr quraşdırılacaq.