İraqın şimalında müstəqillik elan olunarsa, Türkiyə, İran və İraq birgə hərbi əməliyyat keçirəcək


Dünya 04 Okt 2017 15:15:41 444 0

İraqın şimalında müstəqillik elan olunarsa, Türkiyə, İran və İraq birgə hərbi əməliyyat keçirəcək

Ərdoğan və Ruhani İraqla Suriyanın ərazi bütövlüyünü dəstəklədiklərini vurğulayıblar

İraqın şimalındakı kürd muxtariyyatı müstəqillik elan edərsə, Türkiyə, İran və İraq bölgədə ortaq hərbi əməliyyat keçirəcək.

“Report” "Haber7"yə istinadən xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğnla iranlı həmkarı Həsən Ruhani arasında Tehranda keçirilən görüşdə bununla bağlı razılıq əldə olunub.

Dövlət başçıları iki ölkə arasında ticarət həcminin artırılmasını da razılaşdırıblar.

Məlumata görə, R.T.Ərdoğan və H.Ruhani İraqla Suriyanın ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər.