Kirayədə qalan şəxs sayğac kartını itirdikdə yenisini ala bilərmi? VİDEO


Digərləri 03 Okt 2017 21:17:00 485 0

Kirayədə qalan şəxs sayğac kartını itirdikdə yenisini ala bilərmi?  VİDEO

"ASAN komunal"ın fəaliyyətə başlaması, işıq, qaz və su kimi xidmətlərdən yararlananların işini asanlaşdırdı. Lakin, kirayədə qalanlar komunal xidmələrin ödənilməsi üçün nəzərdə tutulan kartları itirdikdə çıxılmaz vəziyyətə düşürlər. Ev sahibi şəhərdən uzaqda yaşadıqda onlar hara müraciət edəcəklərini bilmirlər. Bəzi hallarda smartkart tipli sayğacların kartı itdikdə ev sahibinin iştirakı zəruri hesab olunur. Bəs kirayədə qalan şəxs sayğac kartını itirdikdə neyləməlidir? Ev sahibi olmadan kartın bərpa edilməsi mümkündürmü?

Son.az xezerxeber.az-a istinadən bildirir ki, "Azəriqaz" İstehsalat Birliyinin sözçüsü İbrahim Kərbalayev bildirilib ki, 10 manat dövlət rüsumu ödəməklə yeni qaz kartı almaq mümkündür. "Azərsu" ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllının sözlərinə görə, sayğac kartının itirilməsi və ya zədələnməsi zamanı 5 manat dövlət rüsumu tələb olunur. Bu zaman ev sahibinin iştirakı vacib deyil. Yəni kirayədə yaşayan insan, şəxsiyyət vəsiqəsi ilə "ASAN xidmət" və ya "ASAN komunal"a müraciət edə bilər. Lakin "Azərişıq" ASC-də prosedur fərqlidir. Kirayədə qalan şəxs, əlində sənəd olmadan smartkart tipli sayğacın yeni kartını əldə edə bilməz. "Azərişıq"da qaydaların təhlükəsizlik baxımından belə tərtib olunduğu bildirilir. Amma ev sahibi ilə yaxın qohum olmayan şəxs, onun imzası olan hər hansısa bir sənədi də təqdim edə bilər. 10 manat məbləğində rüsumu ödədikdən sonra yeni karta sahib ola bilər. Qanuna görə isə kirayənişin evi icarəyə götürməzdən əvvəl müqavilə bağlamalıdır. Bu sənəd şəxsə, komunal xidmətlər sahəsində səlahiyyət verir. Hüquqşünas Xəyal Bəşirovun sözlərinə görə, ev sahibi şəxsə etibarnamə də verə bilər. Notarial qaydada verilən bu etibarnamə yalnız komunal xidmətlər sahəsində yaranan problemlər zamanı hüquqi qüvvəyə minir.