Rusiyada brilyantla təmin olunmuş kriptovalyuta buraxılacaq


Dünya 03 Okt 2017 19:33:00 377 0

Rusiyada brilyantla təmin olunmuş kriptovalyuta buraxılacaq

Rusiyada brilyantla təmin olunmuş "D1 Coin" kriptovalyutası buraxılacaq.

Son.az virtualaz-a istinadən xəbər verir ki, kriptovalyutanın buraxılması Rusiya Bankı ilə razılaşdırılıb. Rəqəmsal valyutanın yaradıcısı "Diamundi Pte Ltd" şirkətidir. Bu valyuta ilə ticarətə 2018-ci ilin sonlarında başlanılması planlaşdırılır. Bütün "D1Coin"in ümumi nominal dəyəri bir milyard dollar təşkil edəcək.

"D1Coin"i təmin edən bütün brilyantlar sertifikatlaşdırılıb, İsveçrə və Sinqapurda xüsusi anbarlarda saxlanılacaq.