ABŞ Kuba səfirliyinin 15 diplomatına ölkəni tərk etmələri üçün bir həftə vaxt verib


Dünya 03 Okt 2017 19:51:00 421 0

ABŞ Kuba səfirliyinin 15 diplomatına ölkəni tərk etmələri üçün bir həftə vaxt verib

Buna səbəb ABŞ-ın Kubadakı səfirliyinin əməkdaşlarının və onların ailə üzvlərinin son bir ildə akustik hücumlara məruz qalmalarıdır

ABŞ Kubanın Vaşinqtondakı səfirliyinin 15 diplomatına ölkə ərazisini tərk etmələri üçün bir həftə vaxt verib. 

"Report" "Milliyet"ə istinadən xəbər verir ki, buna səbəb ABŞ-ın Kubadakı səfirliyinin əməkdaşlarının və onların ailə üzvlərinin son bir ildə akustik hücumlara məruz qalmalarıdır. 

Qeyd edək ki, artıq ABŞ-ın Havanadakı səfirliyinin işçilərinin yarıdan çoxu geri çağırılıb. Bundan başqa, ABŞ Dövlət Departamenti ölkə vətəndaşlarına Kubaya səfər etməməklə bağlı xəbərdarlıq edib.