İraqın keçmiş prezidenti Cəlal Təlabani vəfat edib


Dünya 03 Okt 2017 17:31:25 434 0

İraqın keçmiş prezidenti Cəlal Təlabani vəfat edib

Bunu sabiq dövlət başçısının yaxınları bildirib

İraqın keçmiş prezidenti Cəlal Təlabani vəfat edib.

“Report” xarici KİV-ə istinadən xəbər verir ki, bunu sabiq dövlət başçısının yaxınları bildirib.

Qeyd edək ki, Cəlal Təlabani 1933-cü il noyabrın 12-də İraqın Kalkan yaxud Köysancaq bölgəsində anadan olub. O, İraqın 6-cı prezidenti və İraq Kürd Vətənpərvərlər İttifaqının sədri olub. 2005-ci ilin aprelin 6-da dövlət başçısı seçilib. 2012-ci il dekabrın 17-də beyininə qan sızmasından sonra Almaniyada müalicə olunub. 2014-cü il iyulun 19-da İraqa dönüb. Səhhəti ilə əlaqədar vəzifə səlahiyyətlərini icra edə bilmədiyindən 2014-cü il iyulun 24-də istefa verib. 

2016-cı ildən İraqın şimalında yerli muxtariyyətin ərazisində yaşayırdı.