Fransada futbol qarşılaşmasından zamanı törədilməsi planlaşdırılan terror aktının qarşısı alınıb


Dünya 03 Okt 2017 14:55:04 876 0

Fransada futbol qarşılaşmasından zamanı törədilməsi planlaşdırılan terror aktının qarşısı alınıb

Matçın baş tutduğu “Park de Prens” stadionunda mobil telefon zəngi ilə işə salınmağa hazır olan bomba aşkarlanıb

Futbol üzrə Fransa çempionatının VIII turu çərçivəsində keçirilən PSJ – “Bordo” oyunundan qabaq terror aktının qarşısı alınıb.

“Report” “Daily Mail” nəşrinə istinadən xəbər verir ki, matçın baş tutduğu “Park de Prens” stadionunda mobil telefon zəngi ilə işə salınmağa hazır olan bomba aşkarlanıb.

Fransanın hüquq-mühafizə orqanları hadisə ilə bağlı 5 şübhəli şəxsi həbs edib. Onlardan biri əvvəlcədən nəzarət altında olub.

Qeyd edək ki, 47 min azarkeşin izlədiyi matç PSJ-nin 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.