Vəkillərin fəaliyyəti ilə bağlı bir sıra dəyişikliklər təsdiqlənib
Digərləri 19 Noy 2025 16:25:00 57 0
Vəkillərin fəaliyyəti ilə bağlı bir sıra dəyişikliklər təsdiqlənib.
Son.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Mülki Prosessual Məcəlləsi, Cinayət-Prosessual Məcəlləsi, Cəzaların İcrası Məcəlləsi və "Vəkillər və vəkillik fəaliyyəti haqqında" qanuna dəyişiklik edilməsi barədə qanunu imzalayıb.
Dəyişliyə əsasən, vəkillər işdə iştirak edən şəxs olduqda (mülki prosesda) kassasiya instansiyasında özlərini təmsil etməsi və cinayət prosesində Cinayət-Prosessual Məcəlləsinin 92.3.6-c1, 92.3.7-сi, 92.3.9 - 92.3.11-c maddələrində nəzərdə tutulan şübhəli və ya təqsirləndirilən şəxs qismində çıxış etdikdə müdafiəçinin təmin edilməsindən imtina etmək və özü-özünü təmsil etmək hüququna malik olacaqlar.
Vəkillik fəaliyyətinin həyata keçirilməsinin ümumi qaydalarına dair müddəalar dəqiqləşdirilir. Vəkillər Kollegiyasının orqanlarının dairəsinə vəkillərin İntizam Komissiyası və Vəkillərin İxtisas Komissiyasə əlavə edilməklə onların hüquq və vəzifələri müəyyən edilir. Həmçinin Vəkillər Kollegiyası tərəfindən regional qurumlar (mərkəzlər), hüquqi yardım mərkəzləri və tədris mərkəzləri təsis oluna bilər.
Vəkilliyə qəbul ola biləcək şəxslərə aid tələblər və bəzi kateqoriya şəxslər üçün ümumi qaydadan fərqli prosedur müəyyən edilir. Habelə dövlət qulluğuna (dövlət qulluğunun xüsusi növünə) qəbul edilməsi ilə əlaqədar vəkillik fəaliyyəti dayandırılmış şəxsin yenidən vəkil kimi fəaliyyət göstərməsinin hüquqi əsasları müəyyən edilir.
İki dəfədən artıq təkrarən Vəkillər Kollegiyasəı Rəyəsət Heyətinin sədri seçilə bilmək məhdudiyyəti götürülür, vəkillər barəsində tətbiq edilən intizam tənbehləri dəqiqləşdirilir, bundan başqa vəkilin fəaliyyətinə xitam verilməsi qaydası (bundan sonra yalnız Vəkillər Kollegiyasının Rəyasət Heyətinin qərarı ilə) təkmilləşdirilərək, həmin qərardan və həm də intizam tənbehlərindən məhkəməyə şikayət vermək hüququ müəyyən edilir.
"Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti ilə əlaqədar maliyyə-tə
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xə
Azərbaycan Respublikasının prokurorluq orqanlarında uzunmüddətli səmərə
1959-cu ildə "Avroviziya" müsabiqəsində Qərbi Almaniyanı təmsil
İzmir sakini yeni doğulmuş qızına "Fənərbağça" adını verib.
Uzun müddətli antibiotik qəbulu qan azlığına səbəb ola bilər.
AZAL və “Viasat” təyyarələrin yüksəksürətli internetlə təchiz edil
Antibiotiklər əsasən bakterial infeksiyalarla mübarizə üçün istifadə ol
11-ci Birgə İnkişaf Konqresində (11. Ortak Gelişim Kongresi) iştirak edən
Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən 64 yaşlı Mərd
Show TV-nin böyük ümidlərlə yayımladığı "Bereketli Topraklar"
Bakı Expo Mərkəzində "Holcim Azərbaycan" və İZİA-nın tərəfd
Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına, terrora yönələn aç
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının TBMM Qrup Toplantı
