Qonşusunun övladına qarşı əxlaqsızlıq edən Mərdana hökm oxundu
Digərləri 19 Noy 2025 15:06:00 80 0
Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən 64 yaşlı Mərdan Hüseynovun məhkəmə araşdırması başa çatıb.
Bu xəbəri də oxu: Ata qızının adını "Fənərbağça" qoydu
Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən son iclasda hökm oxunub.
Təqsirləndirilən şəxs məhkəmədə əməlini boynuna alıb. Deyib ki, həmin 6 yaşlı zərərçəkmiş qapı bir qonşusunun övladıdır. Ona qarşı 3 dəfə seksual xarakterli hərəkətlər edib. M. Hüseynov əməlindən peşman olduğunu da əlavə edib.
Neymət Məmmədovun sədrlik etdiyi məhkəmə kollegiyası müttəhimin etirafedici ifadəsini və digər sübutları nəzərə alaraq, belə qənaətə gəlib ki, təqsirləndirilən şəxsə 14 yaşına çatmayan şəxsə qarşı seksual xarakterli zorakılıq hərəkətlər etmə maddəsi ilə verilmiş ittiham təsdiqini tapıb.
Hökmə əsasən, Mərdan Hüseynov cəzasını ciddi rejimdə çəkməsi şərti ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, azyaşlıya qarşı əxlaqsız hərəkətlər əks olunan görüntülər sosial şəbəkələrdə yayılmışdı. Hadisə ictimaiyyət arasında ciddi qınaqla qarşılanıb. Bundan sonra videodakı kişi-M.Hüseynov polis əməkdaşları tərəfindən tutularaq cinayət məsuliyyətinə cəlb edilib.
Show TV-nin böyük ümidlərlə yayımladığı "Bereketli Topraklar"
Bakı Expo Mərkəzində "Holcim Azərbaycan" və İZİA-nın tərəfd
Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına, terrora yönələn aç
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının TBMM Qrup Toplantı
Xalq artisti, rəqqasə Roza Cəlilova ilə Təzə Pir məscidində vida mərasi
Rio-de-Janeyrodakı 38 metrlik İsa Məsihin Xilaskar heykəli artıq Braziliyad
Bank kartlarına müdaxilə hallarına qarşı vətəndaşlara vacib xəbərdarl
Bakıda qonşusuna ağır xəsarət yetirmiş şəxsin məhkəməsi başa çatı
"33 yaşın var, camaatın 25 yaşlı oğlunu niyə bədbəxt edirsən?"
Dünyanın ən böyük mesajlaşma platformalarından biri olan "WhatsApp&q
Xalq artisti Roza Cəlilovanın dəfn yeri ilə bağlı dəyişiklik edilib.
Beyin ölümü keçirmiş şəxsin donor olaraq bağışlanan böyrəklərindən
Tanınmış meyxanaçı Ruslan Müşfiqabadlı qalmaqallı açıqlaması ilə di
"Aşağı gəlirlərə aşağı vergi dərəcələri 3 il ərzində yumşaq
