Qonşusunun qulağını dişləyib qoparan Cavad həbs edildi


Digərləri 19 Noy 2025 13:55:00 69 0

Qonşusunun qulağını dişləyib qoparan Cavad həbs edildi

Bakıda qonşusuna ağır xəsarət yetirmiş şəxsin məhkəməsi başa çatıb.

Son.az qafqazinfo.az-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Kürdəmir rayon Sor-Sor kənd sakini 1982-ci il təvəllüdlü Cavad Rüstəmova (soyadlar şərtidir) hökm oxunub.

Bildirilib ki, cinayət hadisəsi ötən ilin oktyabrın 6-sı Suraxanı rayon Bəhruz Kəngərli küçəsində yerləşən "Həsənoğlu market"in qarşısında baş verib.

Həmin vaxt marketin sahibi olan Nihadla qonşusu Cavad 18 manat borc pul və maşını obyektin qarşısında bərk sürməyə görə dalaşıblar. Dava zamanı Cavad Nihada dəmir parçası ilə zərbələr endirib həmçinin bir qulağını dişləyərək qoparıb. Hadisədən sonra Nihad qulağını xəstəxanaya apararaq tikdirmək istəsə də, tibbi müdaxilə müsbət nəticələnməyib. Belə ki, yerinə tikilən qulaq çürüyərək düşüb.

Məhkəmədə Nihad Əliyev qulağını qoparan qonşusuna ağır cəza tələb edib: "Cavad yüksək sürətlə idarə etdiyi avtomobili evimin qarşısında təhlükəli manevrlər edərək saxladı, təhqiredici sözlərlə özünə məxsus fermadakı işçisini çağırdı. Ona yaxınlaşıb məhlədə söyüş söyməyə görə irad bildirdim. Cavad içkili olduğu üçün mübahisə etməyə başladı və bir-birimizlə tutaşdıq. İtələşərkən mən yerə yıxıldım, Cavad sol qulağımı dişləyərək qopardı. Qonşular araya girərək bizi ayırdı, Cavad fermasının həyətinə girdi. Mən isə marketə girib salfetka ilə qulağımın qanını kəsdim. Sonra marketin çölündə olan dəmir parçasını götürüb Cavadın maşınının sol yan şüşəsinə vurdum. Cavad avtomobildən düşüb üstümə gələrkən yerdən "kubik" daşını götürüb mənə atdı. Yerə yıxıldığım üçün mənə zərbələr vurdu. Cavadın əlindən dəmir parçasını marketin satıcısı alıb yerə tulladı. O, avtomobili ilə uzaqlaşdı, ayağa qalxarkən qulağımın yerində olmadığını gördüm. Bu zaman yadımda qalmayan şəxs qulağımın yarısını tapıb gətirdi. Qulağımı yuyaraq qardaşıma zəng edib gəlməsini xahiş etdim".

Zərərçəkmiş şəxs bildirib ki, bundan sonra qardaşı ilə birgə xəstəxanaya gedib: "Məni təcili yardım maşını ilə M.Nağıyev adına xəstəxanaya apardılar və orada qulağımı tikdilər. Lakin həkim qulağın birləşmə imkanının 1% olduğunu bildirdi. Bir aydan sonra yenidən həkimə getdim, lakin qulağın birləşmədiyini və çürüdüyünü dedi. Təxminən bir il müalicə edildikdən sonra təkrar əməliyyat lazım olduğunu, yalnız bundan sonra estetik əməliyyat oluna biləcəyimi söylədilər. Bunun üçün isə təxminən 12 000 manat pul lazımdır. Hazırda təqsirləndirilən şəxsdən şikayətçiyəm. Əməliyyatım və müalicəm üçün lazım olan xərclərin ödənilməsini tələb edirəm".

İbtidai istintaq və məhkəmə prosesi dövründə azadlıqda olan Cavad isə bildirib ki, dəfələrlə qarşı tərəflə barışmağa cəhd edib, lakin Nihad onu bağışlamır.

Məhkəmə Cavadı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə təqsirli bilib. Noyabrın 12-də bitən prosesin yekununda ona 3 il 6 ay həbs cəzası verilib və məhkəmə zalındaca qandallanıb.

"33 yaşım var, 25 yaşlı oğlana ərə getmək istəyirəm" like
  • 19 Noy 13:48  
Şou-biznes "33 yaşım var, 25 yaşlı oğlana ərə getmək istəyirəm"

"33 yaşın var, camaatın 25 yaşlı oğlunu niyə bədbəxt edirsən?"

arrow Ətraflı
"WhatsApp"da xəta  3,5 milyard nəfərin məlumatları sızdırıldı like
  • 19 Noy 13:40  
Digərləri "WhatsApp"da xəta 3,5 milyard nəfərin məlumatları sızdırıldı

Dünyanın ən böyük mesajlaşma platformalarından biri olan "WhatsApp&q

arrow Ətraflı
Xalq artistinin dəfn yeri dəyişdirildi like
  • 19 Noy 13:32  
Kriminal Xalq artistinin dəfn yeri dəyişdirildi

Xalq artisti Roza Cəlilovanın dəfn yeri ilə bağlı dəyişiklik edilib.

arrow Ətraflı
Sabah yaz havası olacaq like
  • 19 Noy 13:27  
Digərləri Sabah yaz havası olacaq

Noyabrın 20-də gözlənilən hava şəraiti açıqlanıb.

arrow Ətraflı
Meyitdən daha bir insana böyrək köçürüldü like
  • 19 Noy 13:22  
Digərləri Meyitdən daha bir insana böyrək köçürüldü

Beyin ölümü keçirmiş şəxsin donor olaraq bağışlanan böyrəklərindən

arrow Ətraflı
"Ağamirzə, Vüqar Əbdülov ustadım deyil, mənə heç nə öyrətməyiblər" like
  • 19 Noy 13:10  
Şou-biznes "Ağamirzə, Vüqar Əbdülov ustadım deyil, mənə heç nə öyrətməyiblər"

Tanınmış meyxanaçı Ruslan Müşfiqabadlı qalmaqallı açıqlaması ilə di

arrow Ətraflı
Nazir gəlir vergisi ilə bağlı suallara aydınlıq gətirdi like
  • 19 Noy 13:08  
Digərləri Nazir gəlir vergisi ilə bağlı suallara aydınlıq gətirdi

"Aşağı gəlirlərə aşağı vergi dərəcələri 3 il ərzində yumşaq

arrow Ətraflı
Süni intellekt musiqini ələ keçirir  Müğənnilərin çörəyi təhlükədədir? like
  • 19 Noy 12:55  
Digərləri Süni intellekt musiqini ələ keçirir Müğənnilərin çörəyi təhlükədədir?

Son illərdə süni intellekt texnologiyalarının sürətlə inkişafı bir ço

arrow Ətraflı
"Bizim hamamda xanımlar açıqsaçıq geyinmirlər" like
  • 19 Noy 12:54  
Digərləri "Bizim hamamda xanımlar açıqsaçıq geyinmirlər"

Baku Tv-də Bakıda yaşayış binasındakı obyektlərin sakinlıri narahat et

arrow Ətraflı
Silk Way West Airlines donanmasını daha iki Airbus A350F yük təyyarəsi ilə genişləndirir like
  • 19 Noy 12:50  
Digərləri Silk Way West Airlines donanmasını daha iki Airbus A350F yük təyyarəsi ilə genişləndirir

Silk Way West Airlines şirkəti Airbus ilə əlavə iki A350F yük təyyarəsin

arrow Ətraflı
Zelenski Türkiyədədir  VİDEO like
  • 19 Noy 12:45  
Dünya Zelenski Türkiyədədir VİDEO

Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyəyə səfər edib.

arrow Ətraflı
Son 7 il ərzində qeyrineftqaz özəl sektorda əmək haqqı fondu 3 dəfə artıb like
  • 19 Noy 12:44  
Digərləri Son 7 il ərzində qeyrineftqaz özəl sektorda əmək haqqı fondu 3 dəfə artıb

Son illərdə dövlət büdcəsinin qeyri-neft-qaz gəlirlərinin, o cümlədən

arrow Ətraflı
Bu xanım hakimə yeni vəzifə verildi like
  • 19 Noy 12:40  
Digərləri Bu xanım hakimə yeni vəzifə verildi

Xüsusi İcra Məmurlarının Müsabiqə və İntizam komissiyalarında təmsil

arrow Ətraflı
Avtomobil qoyun sürüsünə çırpıldı, Onlarla heyvan tələf oldu  FOTO like
  • 19 Noy 12:38  
Digərləri Avtomobil qoyun sürüsünə çırpıldı, Onlarla heyvan tələf oldu FOTO

Kürdəmir rayonunda minik avtomobili qoyun sürüsünə çırpılıb, 10 baş x

arrow Ətraflı
Azərbaycan bank sektorunda rəqəmsal sıçrayış  Əhəmiyyətli şəkildə artdı like
  • 19 Noy 12:25  
Digərləri Azərbaycan bank sektorunda rəqəmsal sıçrayış Əhəmiyyətli şəkildə artdı

"2025-ci ilin ilk 10 ayı ərzində nağdsız əməliyyatların xüsusi ç�

arrow Ətraflı