"Gəlin hərbi hissəni partladaq" yazan müəllimə hökm oxundu
Digərləri 19 Noy 2025 14:51:00 83 0
Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına, terrora yönələn açıq çağırışlar edən 1998-ci il təvəllüdlü Qusar sakini Kamran Tahircalın məhkəmə prosesi başa çatıb.
Bu xəbəri də oxu: Su qabı alanda altına baxın 304 və ya 316 rəqəmi yoxdursa...
Son.az teleqraf-a istinadla xəbər verir ki, Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, tarix müəllimi işləyən K.Tahircal 6 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
İşin hallarına gəlincə, 25 yaşlı müəllim Qusarda kəndlərin birində olarkən orada yerləşən hərbi hissənin fotosunu çəkərək vatsapda üzv olduğu "Viridünyadin Lezqiyar" (Bütün dünyanın ləzgiləri) qrupuna göndərib və "Ləzgistan" dövlətinə birləşdirilməsi məqsədilə həmin hərbi hissənin partladılmasına dair çağırışlar edib.
Təqsirləndirilən şəxs məhkəmədə ifadəsində bildirib ki, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Quba filialında "Tarix-Coğrafiya" müəllimliyi ixtisası üzrə ali təhsil alıb. Universiteti bitirdikdən sonra 2023-cü ilin noyabr ayından etibarən Qusar rayonunda müqavilə əsasında müəllim işləyərək Azərbaycan dilində tarix fənnini tədris edib.
Qrupda "gəlin hərbi hissəni partladaq" yazan təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavab olaraq bildirib ki, şəkli göndərəndən sonra 1 ay qrupda qalıb, sonra oradan çıxıb. O, özünü göstərmək üçün belə bir addım atdığını söyləyib, əslində, belə fikirdə olmadığını dilə gətirib.
Tarix müəllimi törətdiyi əməldən peşman olduğunu deyib. Məhkəmə isə onu Cinayət Məcəlləsinin 214-2 və 281.2-ci maddələri üzrə təqsirli bilib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının TBMM Qrup Toplantı
Xalq artisti, rəqqasə Roza Cəlilova ilə Təzə Pir məscidində vida mərasi
Rio-de-Janeyrodakı 38 metrlik İsa Məsihin Xilaskar heykəli artıq Braziliyad
Bank kartlarına müdaxilə hallarına qarşı vətəndaşlara vacib xəbərdarl
Bakıda qonşusuna ağır xəsarət yetirmiş şəxsin məhkəməsi başa çatı
"33 yaşın var, camaatın 25 yaşlı oğlunu niyə bədbəxt edirsən?"
Dünyanın ən böyük mesajlaşma platformalarından biri olan "WhatsApp&q
Xalq artisti Roza Cəlilovanın dəfn yeri ilə bağlı dəyişiklik edilib.
Beyin ölümü keçirmiş şəxsin donor olaraq bağışlanan böyrəklərindən
Tanınmış meyxanaçı Ruslan Müşfiqabadlı qalmaqallı açıqlaması ilə di
"Aşağı gəlirlərə aşağı vergi dərəcələri 3 il ərzində yumşaq
Son illərdə süni intellekt texnologiyalarının sürətlə inkişafı bir ço
Baku Tv-də Bakıda yaşayış binasındakı obyektlərin sakinlıri narahat et
Silk Way West Airlines şirkəti Airbus ilə əlavə iki A350F yük təyyarəsin
