AZALın təyyarələrində “WiFi” olacaq “Viasat” ilə müqavilə imzalandı


Digərləri 19 Noy 2025 15:36:00 72 0

AZALın təyyarələrində “WiFi” olacaq  “Viasat” ilə müqavilə imzalandı

AZAL və “Viasat” təyyarələrin yüksəksürətli internetlə təchiz edilməsinə dair saziş imzalayıb

AZCON Holding şirkətlərindən olan "Azərbaycan Hava Yolları" (AZAL) sərnişinlərə tezliklə yüksəksürətli, videoyayıma uyğun bortdaxili "Wi-Fi" xidməti təqdim edəcək. AZAL peyk rabitəsi sahəsində qlobal lider olan "Viasat Inc." şirkəti ilə bu istiqamətdə strateji tərəfdaşlıq müqaviləsi imzalayıb.

Saziş dünyanın ən böyük aviasiya tədbirlərindən biri olan "Dubai Airshow 2025" çərçivəsində AZAL-ın prezidenti Samir Rzayev və "Viasat"ın aviasiya üzrə prezidenti Don Bakman tərəfindən imzalanıb. Bu əməkdaşlığın məhz beynəlxalq aviasiya sənayesinin əsas platformalarından birində rəsmiləşdirilməsi AZAL-ın innovativ texnologiyaların tətbiqi və rəqəmsal xidmətlərin genişləndirilməsi strategiyasına sadiqliyini nümayiş etdirir.

Tərəfdaşlıq çərçivəsində AZAL-ın parkına daxil ediləcək 20 yeni təyyarə ("Airbus A320" ailəsi və uzunməsafəli "Boeing 787-9 Dreamliner") "Viasat Amara" yüksəksürətli sistemi ilə təchiz olunacaq. "Viasat Amara" yeni nəsil peyk şəbəkəsi, müasir avadanlıq və rəqəmsal həllər əsasında sərnişinlərə sabit, sürətli və videoyayıma imkan verən internet bağlantısı təmin edir.

Yüksəksürətli "Wi-Fi" ilə yanaşı, tərəfdaşlıq çərçivəsində simsiz bortdaxili əyləncə platforması da istifadəyə veriləcək. Sərnişinlər şəxsi cihazlarından istifadə edərək geniş multimedia məzmununa çıxış əldə edə biləcəklər. Yeni sistem artıq AZAL-ın bu il istismara verdiyi iki "Airbus A320neo" təyyarəsində quraşdırılıb.

"Viasat" ilə əməkdaşlıq AZAL üçün bortdaxili xidmətlərin təkmilləşdirilməsi istiqamətində mühüm mərhələdir. Sazişin "Dubai Airshow" çərçivəsində imzalanması layihənin beynəlxalq əhəmiyyətini və innovasiyaya sadiqliyimizi vurğulayır. Yüksəksürətli "Wi-Fi"ın tətbiqi sərnişinlərimizə daha yüksək komfort və fasiləsiz bağlantı imkanı yaradacaq," - deyə AZAL-ın prezidenti Samir Rzayev bildirib.

Yeni bağlantı imkanları və genişləndirilmiş rəqəmsal infrastruktur AZAL-ın yenilənmiş xidmət konsepsiyasının əsas hissəsinə çevriləcək və bütün sərnişin kateqoriyaları üçün daha komfortlu və müasir səyahət təcrübəsi təmin ediləcək.

"Azərbaycan Hava Yolları ilə əməkdaşlıq edərək sərnişinlərə ilk dəfə olaraq yüksəksürətli, videoyayıma uyğun "Wi-Fi" xidməti təqdim etməkdən məmnunuq. "Viasat Amara" səyahət zamanı rəqəmsal təcrübəni yeni səviyyəyə yüksəldəcək. Bu əməkdaşlıq innovasiyaya və sərnişin təcrübəsinin yüksəldilməsinə dair ortaq öhdəliyimizi əks etdirir," - deyə "Viasat"ın aviasiya üzrə prezidenti Don Bakman vurğulayıb.

AZAL biznes sinfi sərnişinlərinə və loyallıq proqramının yüksək statuslu üzvlərinə bortdaxili internetdən ödənişsiz istifadə imkanı təqdim edəcək. Yeni xidmət aviaşirkətin rəqəmsal transformasiya strategiyasını gücləndirməklə yanaşı, beynəlxalq marşrut şəbəkəsində xidmət səviyyəsinin daha da yüksəldilməsinə xidmət edəcək.

Qeyd edək ki, AZAL nüfuzlu "Skytrax" təşkilatının "4 Ulduz" reytinqinə sahibdir və dəfələrlə "World Airline Awards" nominasiyasında "Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti" mükafatına layiq görülüb. IATA üzvü kimi şirkət marşrut şəbəkəsinin inkişafı, rəqəmsal innovasiyalar və sərnişin rahatlığının artırılması üzrə strategiya həyata keçirir. Aviaşirkət ICAO standartlarına cavab verən müasir təyyarə parkı və genişlənən marşrut şəbəkəsi ilə sərnişinlərə yüksək xidmət göstərir, ölkəmizin beynəlxalq aviasiya məkanında mövqelərini möhkəmləndirir.

Dayanıqlı inkişaf AZAL strategiyasının əsas tərkib hissəsidir. Aviaşirkət BMT-nin Qlobal Sazişinə qoşulub, Ətraf mühit, Sosial və İdarəetmə (ƏSİ və ya ESG) öhdəliklərini dərc edir, həmçinin IATA-nın "CO₂ Connect" və "IEnvA" proqramlarında iştirak edərək beynəlxalq aviasiyada etibarlı və məsuliyyətli tərəfdaş kimi mövqeyini gücləndirir.

“Antibiotikdən səhv istifadə ölümcül ola bilər" – Nazirlikdən ciddi XƏBƏRDARLIQ like
  • 19 Noy 15:33  
Digərləri “Antibiotikdən səhv istifadə ölümcül ola bilər" – Nazirlikdən ciddi XƏBƏRDARLIQ

Antibiotiklər əsasən bakterial infeksiyalarla mübarizə üçün istifadə ol

arrow Ətraflı
Qayınana kürəkəninə böyrəyini verdi like
  • 19 Noy 15:20  
Digərləri Qayınana kürəkəninə böyrəyini verdi

Kocaelidə hər kəsi duyğulandıran hadisə yaşanıb.

arrow Ətraflı
Azərbaycan və Türkiyə pərakəndə sektoru arasında əməkdaşlıq protokolu imzalandı  FOTO like
  • 19 Noy 15:12  
Digərləri Azərbaycan və Türkiyə pərakəndə sektoru arasında əməkdaşlıq protokolu imzalandı FOTO

11-ci Birgə İnkişaf Konqresində (11. Ortak Gelişim Kongresi) iştirak edən

arrow Ətraflı
Qonşusunun övladına qarşı əxlaqsızlıq edən Mərdana hökm oxundu like
  • 19 Noy 15:06  
Digərləri Qonşusunun övladına qarşı əxlaqsızlıq edən Mərdana hökm oxundu

Sabirabadda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən 64 yaşlı Mərd

arrow Ətraflı
Daha bir serial "tutmadı"  5 seriya ilə yekunlaşdırdılar like
  • 19 Noy 15:00  
Digərləri Daha bir serial "tutmadı" 5 seriya ilə yekunlaşdırdılar

Show TV-nin böyük ümidlərlə yayımladığı "Bereketli Topraklar"

arrow Ətraflı
Holcim Azərbaycan ölkənin ən yaxşı ustasını seçdi  FOTO like
  • 19 Noy 14:55  
Digərləri Holcim Azərbaycan ölkənin ən yaxşı ustasını seçdi FOTO

Bakı Expo Mərkəzində "Holcim Azərbaycan" və İZİA-nın tərəfd

arrow Ətraflı
"Gəlin hərbi hissəni partladaq" yazan müəllimə hökm oxundu like
  • 19 Noy 14:51  
Digərləri "Gəlin hərbi hissəni partladaq" yazan müəllimə hökm oxundu

Azərbaycanın ərazi bütövlüyünün parçalanmasına, terrora yönələn aç

arrow Ətraflı
Ərdoğan həmin ailə ilə bağlı tapşırıq verdi like
  • 19 Noy 14:25  
Digərləri Ərdoğan həmin ailə ilə bağlı tapşırıq verdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan partiyasının TBMM Qrup Toplantı

arrow Ətraflı
Xalq artisti ilə vida mərasimi keçirilir like
  • 19 Noy 14:20  
Kriminal Xalq artisti ilə vida mərasimi keçirilir

Xalq artisti, rəqqasə Roza Cəlilova ilə Təzə Pir məscidində vida mərasi

arrow Ətraflı
İsa Məsih heykəlini ötdü  54 metrlik Məryəm ana abidəsi  FOTO like
  • 19 Noy 14:16  
Dünya İsa Məsih heykəlini ötdü 54 metrlik Məryəm ana abidəsi FOTO

Rio-de-Janeyrodakı 38 metrlik İsa Məsihin Xilaskar heykəli artıq Braziliyad

arrow Ətraflı
Belə mesajlar pullarınızı oğurlamaq üçün tələdir  XƏBƏRDARLIQ like
  • 19 Noy 14:00  
Kriminal Belə mesajlar pullarınızı oğurlamaq üçün tələdir XƏBƏRDARLIQ

Bank kartlarına müdaxilə hallarına qarşı vətəndaşlara vacib xəbərdarl

arrow Ətraflı
Qonşusunun qulağını dişləyib qoparan Cavad həbs edildi like
  • 19 Noy 13:55  
Digərləri Qonşusunun qulağını dişləyib qoparan Cavad həbs edildi

Bakıda qonşusuna ağır xəsarət yetirmiş şəxsin məhkəməsi başa çatı

arrow Ətraflı
"33 yaşım var, 25 yaşlı oğlana ərə getmək istəyirəm" like
  • 19 Noy 13:48  
Şou-biznes "33 yaşım var, 25 yaşlı oğlana ərə getmək istəyirəm"

"33 yaşın var, camaatın 25 yaşlı oğlunu niyə bədbəxt edirsən?"

arrow Ətraflı
"WhatsApp"da xəta  3,5 milyard nəfərin məlumatları sızdırıldı like
  • 19 Noy 13:40  
Digərləri "WhatsApp"da xəta 3,5 milyard nəfərin məlumatları sızdırıldı

Dünyanın ən böyük mesajlaşma platformalarından biri olan "WhatsApp&q

arrow Ətraflı
Xalq artistinin dəfn yeri dəyişdirildi like
  • 19 Noy 13:32  
Kriminal Xalq artistinin dəfn yeri dəyişdirildi

Xalq artisti Roza Cəlilovanın dəfn yeri ilə bağlı dəyişiklik edilib.

arrow Ətraflı