Belə xasiyyətli insanlar getdikcə "dəli olur"


Digərləri 15 Noy 2025 21:00:00 58 0

Belə xasiyyətli insanlar getdikcə "dəli olur"

"Cəmiyyətdə çox vaxt keyfiyyət və təhlükəsizliklə əlaqələndirilən bu xüsusiyyət əslində vaxt itkisinə, emosional gərginliyə və gündəlik səhvlərin şəxsi faciə kimi qəbul edilməsinə gətirib çıxarır".

Son.az xəbər verir ki, bunu rusiyalı psixoloq Viktoriya Xaritonova deyib. Onun sözlərinə görə insanların özünə qarşı həddindən artıq tələbkar olması və perfektsionizmə aludəçilik ciddi fəsadlara yol aça bilər.

Mütəxəssis bildirib ki, perfektsionizm sadəcə yüksək standart deyil. Bu, səhvsiz olmağa dair daxili məcburiyyət və ya "ya mükəmməl olmalıdır, ya da heç nə" düşüncəsidir. Xaritonova vurğulayıb ki, araşdırmalar bu xüsusiyyətin insanlarda emosional tükənmə riskini artırdığını təsdiq edir. Səhvin qəbuledilməz hesab edilməsi nəticədə xroniki yorğunluğa, əsəbilik və apatiyaya səbəb olur.

Onun sözlərinə görə, perfektsionizmin klinik nəticələri də tədqiqatlarla sübut olunub. 2024-cü ilin məlumatlarına əsaslanan geniş araşdırma göstərib ki, bu cür davranış narahatlıq, depressiya və obsesiv düşüncələr kimi psixoloji problemlərlə sıx bağlıdır. Xaritonova qeyd edib ki, özünə qarşı həddindən artıq tələbkarlıq sadəcə iş üslubu deyil, emosional pozuntular üçün risk faktorudur.

Mütəxəssis onu da əlavə edib ki, perfektsionizm son illər əhəmiyyətli dərəcədə artıb. İllər üzrə aparılan geniş təhlil həm insanların özlərinə qarşı tələbkarlığının, həm də cəmiyyətin "qüsursuz olmaq" təzyiqinin gücləndiyini göstərib. Bu isə yuxu pozuntularına, həddindən artıq yorğunluğa, ünsiyyətdə çətinliklərə və əsəb pozğunluqlarına səbəb olur.

Xaritonova bildirib ki, bəzən perfektsionizm həyat tərzini fərq edilmədən dəyişir. İnsanlar işə başlamağı "bir az da yaxşılaşdıra bilərəm" düşüncəsi ilə təxirə salır, artıq kifayət qədər yaxşı olan işi yenidən düzəldir, özlərinə istirahət haqqı vermir, səhv ehtimalı olan tapşırıqlardan qaçır və əldə etdikləri uğurları tez bir zamanda dəyərsizləşdirirlər. Psixoloqa görə, bu cür əlamətlərin üç və ya daha çoxunun insanın gündəlik həyatında olması artıq problemin faydadan çox zərər gətirdiyini göstərir.

Ekspert biznes mühitində də perfektsionizmin ciddi nəticələrə səbəb olduğunu deyib. Onun fikrincə, belə insanlar daha çox qüsurlara fokuslanır, komandanın nailiyyətlərini görməzlikdən gəlir və nəticədə hiper nəzarət yaranır. Bu isə qərarların yavaşlamasına, komanda daxilində məsuliyyətdən yayınmaya və təşəbbüskarlığın azalmasına gətirib çıxarır.

Nicatdan dayısı qızının vəfatı ilə bağlı paylaşım  FOTO like
  • 15 Noy 20:51  
Şou-biznes Nicatdan dayısı qızının vəfatı ilə bağlı paylaşım FOTO

Aktyor Nicat Rəhimov bu gün vəfat edən dayısı Xalq artisti Yaşar Nurinin

arrow Ətraflı
Telefonunuzdakı giriş yalnız şarj üçün deyilmiş: USBC portunun 10 fərqli funksiyası like
  • 15 Noy 19:58  
Digərləri Telefonunuzdakı giriş yalnız şarj üçün deyilmiş: USBC portunun 10 fərqli funksiyası

Artıq demək olar ki, bütün smartfonlarda USB-C girişi standart halına gəl

arrow Ətraflı
"Qızıl qan": Dünyada cəmi 50 nəfərdə olan ən nadir qan qrupu niyə vacibdir? like
  • 15 Noy 19:42  
Digərləri "Qızıl qan": Dünyada cəmi 50 nəfərdə olan ən nadir qan qrupu niyə vacibdir?

"Qızıl qan": Dünyada cəmi 50 nəfərdə olan ən nadir qan qrupu n

arrow Ətraflı
Qaetano Donisettinin "Sevgi şərbəti" operasının tamaşası nümayiş olundu  FOTO like
  • 15 Noy 19:31  
Kriminal Qaetano Donisettinin "Sevgi şərbəti" operasının tamaşası nümayiş olundu FOTO

Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Opera Studiyas�

arrow Ətraflı
Ermənistanda zəlzələ oldu like
  • 15 Noy 18:54  
Digərləri Ermənistanda zəlzələ oldu

Ermənistanda zəlzələ baş verib.

arrow Ətraflı
"Buna görə də o verilişlərə getməyəcəyəm" like
  • 15 Noy 18:50  
Şou-biznes "Buna görə də o verilişlərə getməyəcəyəm"

"Verilişlərə getmirəm. Çünki oradakı ab-havanı sevmirəm. Verilişl

arrow Ətraflı
İlqar Hacıyev Baş Prokurorluğa çağırıldı like
  • 15 Noy 18:17  
Digərləri İlqar Hacıyev Baş Prokurorluğa çağırıldı

"Akkord İnşaat Sənaye" ASC-nin keçmiş sahibi İlqar Hacıyev Baş

arrow Ətraflı
Dövlət Uşaq Filarmoniyasında Barokko dövrünün abuhavası yaşandı  FOTO like
  • 15 Noy 18:14  
Kriminal Dövlət Uşaq Filarmoniyasında Barokko dövrünün abuhavası yaşandı FOTO

Klassik musiqi sevərlərə əsl Barokko musiqisinin unikal ab-havasını, möht

arrow Ətraflı
Yaşar Nurinin vəfat edən qızı vəzifəli şəxs imiş like
  • 15 Noy 18:10  
Digərləri Yaşar Nurinin vəfat edən qızı vəzifəli şəxs imiş

Mərhum Xalq artisti, aktyor Yaşar Nurinin vəfat edən qızı Ülviyyə Yaşar

arrow Ətraflı
Adnanın xanımının Londondakı şirkətləri like
  • 15 Noy 18:06  
Digərləri Adnanın xanımının Londondakı şirkətləri

Xəbər verdiyimiz kimi, Adnan Əhmədzadənin həyat yoldaşı Gülsəfa Cəfə

arrow Ətraflı
"Məni inandırıblar ki, çirkinsən" like
  • 15 Noy 18:00  
Şou-biznes "Məni inandırıblar ki, çirkinsən"

"Evin ən çirkin qızı olmuşam. Məni inandırıblar ki, çirkinsən. Ba

arrow Ətraflı
Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ like
  • 15 Noy 17:56  
Digərləri Məktəblərdə bu ştatlar LƏĞV EDİLDİ

Milli Məclisdə "2026-cı il dövlət büdcəsi haqqında" qanun layi

arrow Ətraflı
Atom və nüvə bombası fərqi: İnsanlığı titrədən gücün sirri like
  • 15 Noy 17:50  
Dünya Atom və nüvə bombası fərqi: İnsanlığı titrədən gücün sirri

Dünyanın ən təhlükəli silahlarından sayılan atom və ümumilikdə nüvə

arrow Ətraflı
Xətai Sənət Mərkəzində Beynəlxalq Akvarel qalereyasi fəaliyyətə başladi  FOTO like
  • 15 Noy 17:47  
Kriminal Xətai Sənət Mərkəzində Beynəlxalq Akvarel qalereyasi fəaliyyətə başladi FOTO

Beynəlxalq festival çərçivəsində Azərbaycanda -Xətai Xənət Mərkəzind

arrow Ətraflı