Atom və nüvə bombası fərqi: İnsanlığı titrədən gücün sirri
Dünya 15 Noy 2025 17:50:00 47 0
Dünyanın ən təhlükəli silahlarından sayılan atom və ümumilikdə nüvə bombaları bəşəriyyətin yaddaşında dərindən iz buraxan qorxu mənbəyidir. Çox vaxt eyni mənada işlənsə də, bu iki anlayış arasında mühüm elmi fərqlər mövcuddur.
Bu xəbəri də oxu: Koreyalılar niyə yatarkən ağızlarını yapışdırır?
Son.az-ın məlumatına görə, "Wion" platformasının izahına əsasən, atom bombası nüvə silahlarının yalnız bir növüdür. Yəni hər atom bombası nüvə silahıdır, lakin bütün nüvə silahları atom bombası hesab olunmur. Tarixdə ilk hazırlanmış nüvə silahı da məhz atom bombasıdır.
Atom bombasının gücü uran-235 və ya plutonium-239 kimi ağır nüvələrin parçalanması nəticəsində yaranan enerjiyə söykənir. Neytron vurması ilə başlanan bu proses zəncirvari reaksiyaya çevrilir və Einstein-in məşhur E = mc² düsturunun təsdiqi kimi az miqdarda kütlük nəhəng enerjiyə çevrilir.
İlk atom bombaları 1945-ci ildə ABŞ tərəfindən istifadə edilib. Həmin il "Little Boy" Xirosimaya, "Fat Man" isə Naqasakiyə atılmış və nəticədə 200 mindən çox insan həyatını itirmişdi. Bu hadisələr nüvə dövrünün başlanğıcı kimi tarixə düşdü.
"Nüvə bombası" termini isə daha genişdir. Buraya həm parçalanma əsasında işləyən atom bombaları, həm də sintez reaksiyası ilə güc alan hidrogen (termonüvə) bombaları daxildir.
ABŞ ilk hidrogen bombasını 1952-ci ildə sınaqdan keçirib. "Ivy Mike" adlı bu silah 10 meqatondan artıq enerji buraxaraq Xirosimaya atılan bombadan yüzlərlə dəfə daha güclü təsir göstərmişdi.
Bu fərq nüvə arsenalının inkişafında dönüş nöqtəsi sayılır. Atom bombaları yalnız parçalanmaya əsaslanırsa, hidrogen bombaları parçalanma + sintez ardıcıllığı ilə fəaliyyət göstərir və nəzəri olaraq məhdudiyyətsiz güc yarada bilir.
Atom bombasında enerji ağır elementlərin parçalanmasından alınır. Hidrogen bombasında isə yüngül elementlərin son dərəcə yüksək temperatur və təzyiq altında birləşməsi (sintezi) daha dağıdıcı reaksiyalar yaradır. Buna görə ölçü baxımından kiçik olan termonüvə silahı belə adi atom bombasından çox qat güclü ola bilər.
Güc vahidi də fərqlidir:
Atom bombaları kilotonlarla,
Beynəlxalq festival çərçivəsində Azərbaycanda -Xətai Xənət Mərkəzind
Xəzər dənizində suyun səviyyəsi son dövrlər daha da aşağı düşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Daşkə
Bakıda yollarda yaranan çuxurlar sürücələri ziyana salır.
Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristoferlə evli olan azərbaycanlı
Qadınların kişilərlə müqayisədə daha tez-tez insult keçirməsinin səb�
2025-ci ilin ən güclü Günəş partlayışlarından biri nəticəsində forma
"Hazırda həyatım həbs kimidir. Özümü ev dustaqlığında hiss edirə
Mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva qızını
Azərbaycanda tanınmış meyxanaçı qəzaya düşüb.
Milli Qəhrəmanın atası, respublikanın əməkdar artisti vəfat edib.
Noyabrın 15-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Ə
Türkiyəli aktrisa Mina Derman maşını ilə uşaq vuraraq hadisə yerindən
Mərhum aktyor Alan Rikmanın şəxsi kolleksiyasından olan ssenarilər və xat
