Murad Quliyev Baş Prokurorluğa çağırılıb
Digərləri 15 Noy 2025 14:50:00 78 0
Murad Quliyev Baş Prokurorluğa çağırılıb.
Bu xəbəri də oxu: Bakıda zəncirvari qəza
Son.az xəbər verir ki, bu barədə İctimai Televiziya məlumat yayıb.
Məlumata görə, Quliyev Murad Qüdrət oğluna Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib.
Bildirilib ki, o, bu il noyabrın 24-də 10:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.
Murad Quliyev barəsində Cinayət Məcəlləsinin 281.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Binəqədi Rayon Məhkəməsinin bu il 15 fevral tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
Sentyabrın 12-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək Murad Quliyev barəsində Cinayət Məcəlləsinin 281.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.
Qeyd olunub ki, o, 23 sentyabr 2019-cu ildə "Facebook" platformasında "Murad Quliyev" adlı səhifəsində və 24 dekabr 2023-cü ildə "Youtube" platforasında "RaffNaff" adlı kanalda qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək Azərbaycanda qanuni əsaslarla formalaşmış və fəaliyyət göstərən mövcud hakimiyyətə qarşı zor tətbiqi çıxmağı təşviq edən açıq çağırışlar yayıb.
Təqsirləndirilən şəxsə qiyabi icraatın açıla biləcəyi, qiyabi hökmün və məhkəmənin digər qərarının çıxarılacağı barədə xəbərdarlıq edilib.
Bildirilib ki, çağırışa gəlmədiyi halda barəsində qiyabi icraat açıla, qiyabi hökm və ya məhkəmənin digər yekun qərarı çıxarıla bilər.
Milli Qəhrəmanın atası, respublikanın əməkdar artisti vəfat edib.
Noyabrın 15-də Daşkənddə Azərbaycan Respublikasının Prezidenti İlham Ə
Türkiyəli aktrisa Mina Derman maşını ilə uşaq vuraraq hadisə yerindən
Mərhum Xalq artisti Yaşar Nurinin qızı, Ülviyyə Yaşarqızı, dünyasını
Bakıda yük avtomobili alıb, onun icarəsindən qazanc götürmək adı ilə d
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistan Respublikas
Kəbəyə ziyarətə gedən qadının sosial mediada paylaşdığı video tənqi
Anar Əzəm oğlu Ağayev TƏBİB-də işləməsə də vətəndaşları qəbul e
Məşhur klarnet ustası Hüseyn Məmmədoğlu izləyicisini təhqir edib.
Azərbaycanda gələn ildən fiziki şəxslər üçün kirayə haqları üzrə g
Hacıqabulda iki gündür itkin kimi axtarılan kişinin meyiti tapılıb.
Noyabrın 16-sı axşam Azərbaycanın qərb rayonlarından başlayaraq 17-si g�
Əfsanəvi tenor Plasido Dominqo noyabrın 14-də Bakıda Heydər Əliyev Mərk�
