17 yaşlı qızın təxirə salınan toyu yenidən keçiriləcək: hazırlıqlar başladı Bu tarixdə...
Digərləri 15 Noy 2025 11:12:00 81 0
Sabirabadda nikah yaşına çatmayan qızın toy mərasiminin keçiriləcəyi bildirilir.
Bu xəbəri də oxu: Mənzil sahibi olmaq istəyənlərin nəzərinə: Ayda 347 manat...
Son.az-ın etibarlı mənbədən əldə etdiyi məlumata görə, tərəflər noyabrın sonunda toy keçirmək üçün hazırlıqlara başlayıblar.
Məlumata əsasən, toy oğlan evinin həyətində təşkil olunacaq və mərasimin geniş ictimaiyyətə açıq şəkildə keçirilməyəcəyi deyilir.
Mənbə bildirib ki, həm bəy, həm də gəlin toy libaslarında olacaq.
Qeyd edək ki, qızın 18 yaşı gələn il iyunun 19-da tamam olacaq.
Xatırladaq ki, rayonun Yolçubəyli kənd sakini, 35 yaşlı Orxan Mehbalıyev ilə Türkədi kənd sakini, 17 yaşlı Zəhra Salmanlının 15 oktyabr tarixində qız toyu baş tutmuşdu. Məlumat polisə daxil olduqdan sonra hər iki tərəfin valideynləri şöbəyə dəvət edilərək profilaktik söhbətlər aparılmış və oktyabrın 23-nə planlaşdırılan oğlan toyunun qarşısının alındığı açıqlanmışdı.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi də məsələni araşdırmış, hər iki ailəyə səfərlər təşkil etmişdi.
Hər iki qurum toyun qarşısının alındığını bildirsə də, oktyabrın 23-də oğlan toyunun gizli şəkildə keçirilməsi planlaşdırılmışdı. Toyun şadlıq sarayında deyil, O.Mehbalıyevin həyətində təşkil ediləcəyi, dəvətnamələrin paylandığı və qızın cehizlərinin oktyabrın 18-də oğlan evinə aparıldığı deyilmişdi. Hətta toydan sonra cütlüyün Ukraynaya gedəcəyi və oktyabrın 26-na aviabiletlərin alındığı da iddia olunmuşdu.
Oktyabrın 23-nə nəzərdə tutulan toy ailə tərəfindən təxirə salınsa da, hazırda hər iki ailədə noyabrın sonunda keçiriləcək toy üçün hazırlıqların davam etdiyi bildirilir.
Mina Mikayılova Son.az
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin
Bakıda narkotik maddənin təsiri altında avtomobil idarə edən sürücü hü
Argentinanın paytaxtı Buenos-Ayresdəki sənaye parkında güclü partlayış
Ukrayna dronları Ryazandakı neft emalı zavoduna hücum edib.
Bakıda azyaşlı qızına qarşı dəfələrlə zorakılıq tətbiq etməkdə i
Rusiyalı şoumen Maksim Qalkinlə bağlı araşdırma başladılıb.
Yaxın Şərqin tarixində elə məqamlar olur ki, bütün beynəlxalq sistemin
Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən k
Südün, makaron suyunun və ya şorbanın daşması mətbəxdə ən çox əsəb
Kompüter və telefon kimi cihazlara qoşduğumuz USB kabellərindəki fərqli r
Müğənni Manaf Ağayev şou-biznesdə olan dostları ilə münasibəti bitirdi
Berlində bir kafeyə girirsiniz. Qəhvəniz gəlir, hesabı istəyirsiniz. Cibi
ABŞ-lı uroloq Castin Hauman kişilərdə erektil disfunksiyanın əsas səbəb
