İlham Əliyev Mahmud Abbası təbrik edib
Siyasət 15 Noy 2025 11:07:00 64 0
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fələstin Dövlətinin Prezidenti Zati-aliləri cənab Mahmud Abbasa təbrik məktubu ünvanlayıb.
Bu xəbəri də oxu: Qəzza qlobal qayda böhranının laboratoriyası
Son.az xəbər verir ki, məktubda deyilir:
"Hörmətli cənab Prezident,
Fələstin Dövlətinin milli bayramı münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.
Azərbaycan ilə Fələstin xalqlarını dostluq və qardaşlıq əlaqələri birləşdirir. Azərbaycan Fələstin məsələsinə münasibətdə daim həmrəylik nümayiş etdirmiş, bu məsələnin paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin Dövlətinin yaradılması və BMT-nin müvafiq qətnamə və qərarlarına uyğun olaraq iki dövlət prinsipi əsasında həllini dəstəkləyir. Şarm əl-Şeyxdə keçirilən Yaxın Şərq Sülh Sammitinin nəticələrinin regionda sülhə, sabitliyə, əmin-amanlığa töhfə verəcəyinə ümidimi ifadə edirəm.
Biz bundan sonra da Fələstinə lazımi humanitar yardım göstərməyə davam edəcəyik. İnanıram ki, Azərbaycan ilə Fələstin arasında xoş ənənələr üzərində qurulmuş dostluq əlaqələri və əməkdaşlıq gələcəkdə də uğurla inkişaf edəcəkdir.
Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, qardaş Fələstin xalqına sülh və əmin-amanlıq diləyirəm".
Bakıda narkotik maddənin təsiri altında avtomobil idarə edən sürücü hü
Argentinanın paytaxtı Buenos-Ayresdəki sənaye parkında güclü partlayış
Ukrayna dronları Ryazandakı neft emalı zavoduna hücum edib.
Bakıda azyaşlı qızına qarşı dəfələrlə zorakılıq tətbiq etməkdə i
Rusiyalı şoumen Maksim Qalkinlə bağlı araşdırma başladılıb.
Yaxın Şərqin tarixində elə məqamlar olur ki, bütün beynəlxalq sistemin
Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən k
Südün, makaron suyunun və ya şorbanın daşması mətbəxdə ən çox əsəb
Kompüter və telefon kimi cihazlara qoşduğumuz USB kabellərindəki fərqli r
Müğənni Manaf Ağayev şou-biznesdə olan dostları ilə münasibəti bitirdi
Berlində bir kafeyə girirsiniz. Qəhvəniz gəlir, hesabı istəyirsiniz. Cibi
ABŞ-lı uroloq Castin Hauman kişilərdə erektil disfunksiyanın əsas səbəb
"ChatGPT" istifadəçilərinin niyə süni intellektə üstünlük ver
