Almanlar buna görə kredit kartından istifadə etmir
Digərləri 15 Noy 2025 07:35:00 63 0
Berlində bir kafeyə girirsiniz. Qəhvəniz gəlir, hesabı istəyirsiniz. Cibinizdən kredit kartını çıxarırsınız... Kassadakı işçi gülümsəyərək məşhur cümləni deyir: "Təəssüf ki, yalnız nağd ödəniş."
Bu xəbəri də oxu: Türkiyə şəhidlərini son mənzilə yola saldı
Dünyanın ən müasir ölkələrindən biri olan Almaniyada kredit kartından hələ də çəkinirlər. Bəs səbəb nədir?
Son.az xəbər verir ki, alman dilində "borc" mənasına gələn Schulden sözü "günah", "suçluluk" mənasındakı Schuld sözündən yaranıb.
Yəni almanca danışan biri üçün borca düşmək sadəcə maliyyə əməliyyatı deyil, həm də mənəvi yükdür.
Kredit kartı isə "olmayan pulun xərclənməsi" kimi qəbul edilir. Buna görə də bir çox alman üçün kredit kartı rahatlıq deyil, borca düşməyin qapısıdır.
Bu düşüncənin arxasında tarixi bir travma da var: 1920-ci illərdə Weimar Respublikasındakı hiperinflasiya - pulun bir gecədə dəyərsizləşdiyi o qorxunc dövr Almanların kollektiv yaddaşında dərin iz buraxıb. Bu dövrdən qalan dərs isə belədir: "Yığmaq yaxşıdır, borclanmaq zəiflikdir."
Almanların kredit kartından uzaq durmasının başqa bir səbəbi də məxfilik həssaslığıdır. Keçmiş Şərqi Almaniya dövründə Stasi tərəfindən uzun illər izlənən insanlar bu mövzuda çox ehtiyatlıdırlar.
Hətta bu gün belə bir çox alman Google Xəritələrdə öz evinin görüntüsünü bulanıqlaşdırmağı seçir.
Onlar üçün kredit kartı ilə ödəmək "iz buraxmaq" deməkdir - harada, nə vaxt, nə aldığınızı bankın bilməsi deməkdir. Bu səbəblə nağd ödəniş bir növ azadlıq ifadəsi sayılır: "Mənim həyatımı heç kim izləyə bilməz."
Almanlar kart istifadə etmir? Edirlər - amma kredit kartı yox, Girocard (EC-Karte).
ABŞ-lı uroloq Castin Hauman kişilərdə erektil disfunksiyanın əsas səbəb
"ChatGPT" istifadəçilərinin niyə süni intellektə üstünlük ver
Son araşdırmalar südlərin qida dəyərini müqayisə edərək ən faydalı n
Mütəxəssislər bildirirlər ki, qadınların gündəlik həyatında fərq etm
Bir çox qadın münasibətlərdə yaxınlıq və əsl dəstək arzulayır, amma
iPhone 17 Pro Max-ın satış qiyməti istehsal dəyərini dəfələrlə üstəl
Qoz yalnız sağlamlıq üçün faydalı qida deyil, onun qabığı da gündəli
"İstəmirəm yaşlanım. Estetik əməliyyat etdirən var, hamısı uğurl
Qızıllarını lombarda qoydu, qızılından da oldu, pulundan da. İndi də n�
Tolmaçevo hava limanının gömrükçüləri Novosibirskdən Bakıya uçan sər
Azərbaycanın Ukraynadakı səfirliyinin raket hücumuna məruz qalması ilə b
Türkiyəli aparıcı və yazar Ece Vahapoğlu iki aydır bağırsaq xərçəng
Son.az 15 noyabr üçün günün ulduz falını təqdim edir:
