İlqar Hacıyev Baş Prokurorluğa çağırıldı
Digərləri 15 Noy 2025 18:17:00 72 0
"Akkord İnşaat Sənaye" ASC-nin keçmiş sahibi İlqar Hacıyev Baş Prokurorluğa çağırılıb.
Bu xəbəri də oxu: Van Dammın gəlini Amerika bayrağı ilə Şuşada FOTO
Son.az xəbər verir ki, bu barədə İctimai Televiziya məlumat yayıb.
Məlumata görə, Hacıyev İlqar Allaz oğluna Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 467-13.4-cü maddəsinin tələbinə əsasən, Baş Prokurorluğun İstintaq İdarəsinə dəvət olunması barədə rəsmi bildiriş göndərilib.
Bildirilib ki, o, bu il noyabrın 24-də 10:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.
İlqar Hacıyev barəsində 2017-ci ilədək qüvvədə olan AR Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərar qəbul edilib. O, istintaqdan qaçaraq Azərbaycan hüdudlarından kənarda gizləndiyi üçün barəsində ittiham elan edilməsi ilə bağlı axtarış elan olunub. Nərimanov Rayon Məhkəməsinin bu il 13 yanvar 2021-ci il dekabr tarixli qərarı ilə barəsində qiyabi həbs qətimkan tədbiri seçilib.
Noyabrın 14-də ittihamın məzmununa əlavələr və dəyişikliklər edilərək İlqar Hacıyev barəsində Cinayət Məcəlləsinin 1 dekabr 2017-ci ilədək qüvvədə olan 178.3.2 və 193-1.3.2 maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar qəbul edilib.
Qeyd olunub ki, o, 2016-cı ildən 2021-ci ilədək "Ezde" qrup MMC-nin rəhbəri olarkən öz qulluq mövqeyindən istifadə etməklə 10 milyon dollar, yəni 16 milyon 270 min manat pulu dələduzluq yolu ilə ələ keçirib və leqallaşdırıb.
Təqsirləndirilən şəxsə qiyabi icraatın açıla biləcəyi, qiyabi hökmün və məhkəmənin digər qərarının çıxarılacağı barədə xəbərdarlıq edilib.
Bildirilib ki, çağırışa gəlmədiyi halda barəsində qiyabi icraat açıla, qiyabi hökm və ya məhkəmənin digər yekun qərarı çıxarıla bilər. Son.az
Noyabrın 15-də Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafa
Klassik musiqi sevərlərə əsl Barokko musiqisinin unikal ab-havasını, möht
Mərhum Xalq artisti, aktyor Yaşar Nurinin vəfat edən qızı Ülviyyə Yaşar
Xəbər verdiyimiz kimi, Adnan Əhmədzadənin həyat yoldaşı Gülsəfa Cəfə
Milli Məclisdə "2026-cı il dövlət büdcəsi haqqında" qanun layi
Dünyanın ən təhlükəli silahlarından sayılan atom və ümumilikdə nüvə
Beynəlxalq festival çərçivəsində Azərbaycanda -Xətai Xənət Mərkəzind
Xəzər dənizində suyun səviyyəsi son dövrlər daha da aşağı düşüb.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 15-də Daşkə
Bakıda yollarda yaranan çuxurlar sürücələri ziyana salır.
Hollivud ulduzu Jan Klod Van Dammın oğlu Kristoferlə evli olan azərbaycanlı
Qadınların kişilərlə müqayisədə daha tez-tez insult keçirməsinin səb�
2025-ci ilin ən güclü Günəş partlayışlarından biri nəticəsində forma
"Hazırda həyatım həbs kimidir. Özümü ev dustaqlığında hiss edirə
Mərhum Xalq artisti Yaşar Nurinin həyat yoldaşı Rəhimə Nuriyeva qızını
