Telefonunuzdakı giriş yalnız şarj üçün deyilmiş: USBC portunun 10 fərqli funksiyası
Digərləri 15 Noy 2025 19:58:00 59 0
Artıq demək olar ki, bütün smartfonlarda USB-C girişi standart halına gəlib. Apple da uzun illər davam edən Lightning dövründən sonra tamamilə USB-C-yə keçib. Lakin istifadəçilərin çoxu bu girişdən yalnız telefonu şarj etmək üçün istifadə edir. Halbuki bu kiçik port düşündüyünüzdən daha çox iş görür.
Son.az xəbər verir ki, MacWorld texnologiya dərgisi USB-C girişinin ən maraqlı 10 funksiyasını açıqlayıb:
1. Başqa cihazları şarj etmək
Telefonunuzu kiçik "powerbank" kimi istifadə edə bilərsiniz. USB-C kabeli ilə başqa telefonu, ağıllı saatı və ya qulaqcığı şarj etmək mümkündür.
2. Yaddaşı genişləndirmək
Telefonun yaddaşı dolanda, USB yaddaş və ya xarici disk qoşaraq foto, video və sənədləri asanlıqla köçürmək mümkündür. iPhone-da "Files/Dosyalar" tətbiqi bunu dəstəkləyir.
3. Klaviatura qoşmaq
Uzun mətn yazmalı olduğunuz hallarda USB-C vasitəsilə xarici klaviatura qoşa bilərsiniz. Xüsusən böyük ekranlı telefonlarda mini noutbuk kimi istifadə imkanı yaradır.
4. Xarici mikrofon qoşmaq
USB-C portu vasitəsilə peşəkar xarici mikrofon qoşmaq mümkündür. Bu da video, podcast və ya müsahibələrdə daha aydın və keyfiyyətli səs yazısı deməkdir.
5. SD kart oxumaq
SD kart oxuyucu qoşaraq fotoaparatınızdakı şəkilləri birbaşa telefona keçirə, dərhal redaktə edə bilərsiniz.
6. Telefonu xarici ekrana bağlamaq
USB-C-HDMI adapteri ilə telefonu televizora və ya monitora qoşmaq olur. Film izləmək, təqdimat etmək və oyun oynamaq üçün əlverişlidir.
7. Oyun kolu (gamepad) qoşmaq
Müasir oyun kollan USB-C ilə birbaşa qoşula bilir. Bu, simsiz bağlantılara görə daha az gecikmə və daha dəqiq idarəetmə deməkdir.
8. Kablolu internetdən istifadə etmək
Daha stabil və sürətli internet lazım olduqda, Ethernet adapteri ilə telefonu kablo vasitəsilə internətə bağlamaq mümkündür. Yayım, oyun və böyük fayl yükləmələri üçün idealdır.
9. Mini kamera (endoskop) qoşmaq
USB-C-yə kiçik endoskop kamera qoşaraq çətin görünən yerlərə baxmaq mümkündür. Məsələn, mebel altları və ya cihaz içi yoxlamaları üçün çox praktiktir.
10. USB hub ilə portları artırmaq
Bir USB-C hub istifadə edərək eyni anda bir neçə cihaz qoşmaq mümkündür. Şarj, məlumat köçürülməsi və görüntü çıxışı - hamısı tək mərkəzdən idarə oluna bilər. Lalə Qüdrətova Son.az
"Qızıl qan": Dünyada cəmi 50 nəfərdə olan ən nadir qan qrupu n
Bakı Musiqi Akademiyasının nəzdində fəaliyyət göstərən Opera Studiyas�
"Verilişlərə getmirəm. Çünki oradakı ab-havanı sevmirəm. Verilişl
"Akkord İnşaat Sənaye" ASC-nin keçmiş sahibi İlqar Hacıyev Baş
Noyabrın 15-də Daşkənddə "Gələcəyin İrsi" Beynəlxalq Mükafa
Klassik musiqi sevərlərə əsl Barokko musiqisinin unikal ab-havasını, möht
Mərhum Xalq artisti, aktyor Yaşar Nurinin vəfat edən qızı Ülviyyə Yaşar
Xəbər verdiyimiz kimi, Adnan Əhmədzadənin həyat yoldaşı Gülsəfa Cəfə
"Evin ən çirkin qızı olmuşam. Məni inandırıblar ki, çirkinsən. Ba
Milli Məclisdə "2026-cı il dövlət büdcəsi haqqında" qanun layi
Dünyanın ən təhlükəli silahlarından sayılan atom və ümumilikdə nüvə
Beynəlxalq festival çərçivəsində Azərbaycanda -Xətai Xənət Mərkəzind
Naxçıvan şəhərində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Xəzər dənizində suyun səviyyəsi son dövrlər daha da aşağı düşüb.
